“ARZU EDƏRDİM Kİ, ABŞ-ın SİETL XƏRÇƏNG MƏRKƏZİNDƏ DƏ BELƏ ŞƏRAİT OLSUN...”
19.09.2018 [09:43]
Sentyabrın 15-16-da Bakıda Azərbaycan Milli Onkologiya Mərkəzi (MOM) və Amerika Klinik Onkologiya Cəmiyyəti (American Society of Clinical Oncology, ASCO) tərəfindən təşkil edilmiş “Xərçəngin multidissiplinar beynəlxalq müalicəsi” mövzusunda ikigünlük beynəlxalq konfrans keçirilib.
Konfrans ərəfəsində amerikalı qonaqlar Milli Onkologiya Mərkəzini gəzib, burada xəstələr üçün yaradılan şərait, müasir müalicə və diaqnostika metodları, modern innovasiyaların tətbiqi və azərbaycanlı həmkarlarının iş təcrübəsi və əldə edilən uğurlarla yaxından tanış olublar. ABŞ-dan gəlmiş alim və mütəxəssislər MOM-da əldə edilən nəticələrdən, yüksək texnologiyalardan və nadir tibbi avadanlıqlardan məharətlə istifadədən, burada hökm sürən ciddi intizam və dünya standartları səviyyəsində reallaşdırılan prosedurlardan çox böyük heyranlıq və xoş təəccüb hissləri keçirdiklərini, Bakıda bu cür yüksək tibbi və texniki göstəricilərə malik Mərkəzlə tanış olacaqlarını heç xəyallarına belə gətirmədiklərini çox səmimi şəkildə etiraf ediblər.
Xoş təəssüratlarını Azərbaycanın milli dövlət kanalına - AzTV-yə müsahibəsində açıqlayan ABŞ-ın Sietl Xərçəng Mərkəzinin direktoru, professor Culia Gralou deyib: “Milli Onkologiya Mərkəzində kliniki fəaliyyət, diaqnostika və müalicələr zamanı tətbiq edilən elmi yenilikləri yüksək qiymətləndirirəm. Çox möhtəşəm Mərkəzdir. Arzu edərdim ki, ABŞ-ın Sietl Xərçəng Mərkəzində də belə şərait olsun”.
Dünya şöhrətli professor sözünə davam edərək bildirib: “Konfransın yüksək səviyyədə təşkilinə görə Milli Onkologiya Mərkəzinə minnətdarlığımı bildirirəm. Tədbir mütəxəssislər arasında əməkdaşlığın genişləndirilməsi, fikir və təcrübə mübadiləsinin aparılması, xəstələrə göstərilən onkoloji yardımın səviyyəsinin daha da təkmilləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Biz Bakıda çox şeylər öyrəndik, buradan həddən artıq xoş təəssüratlarla gedirik. Qəti şəkildə əminik ki, Milli Onkologiya Mərkəzi bu uğurları ilə çox tezliklə nəinki MDB məkanının, hətta dünyanın ən məşhur və nüfuzlu səhiyyə ocaqlarından birinə çevriləcəkdir”.
Amerika Klinik Onkologiya Cəmiyyəti nümayəndəsi Vanessa Sarçet də Azərbaycan televiziyasına müsahibəsində professor C.Gralounun fikirlərinə öz ürək sözlərini əlavə edib: “Biz MOM-un uşaq onkologiyası, şüa terapiyası, reanimasiya və intensiv terapiya bölmələrinə baş çəkdik, xəstələrin müalicəsi üçün tətbiq edilən müasir avadanlıqla tanış olduq, müalicə proseslərini müşahidə etdik. Milli Onkologiya Mərkəzində yaradılmış şərait bizə, həqiqətən, güclü təsir bağışladı.
Mərkəz ən müasir tibbi texnika ilə, o cümlədən mobil diaqnostika kompleksi ilə təchiz olunub. Burada gördüklərimiz belə güman etməyə əsas verir ki, Azərbaycan hökuməti ölkədə səhiyyə sahəsinə sanballı sərmayə qoyur, zəngin maddi-texniki bazaya və güclü kadr potensialına malik olan Milli Onkologiya Mərkəzi isə dünyanın aparıcı onkologiya mərkəzləri ilə müqayisə edilə bilər”.
Vanessa Sarçet daha sonra deyib: “Bizə verilən məlumata görə, Milli Onkologiya Mərkəzi son illərdə dünyanın aparıcı onkologiya mərkəzləri ilə, habelə onkoloji xəstələrin müalicəsi üçün zəruri olan ən yeni texnologiyalar istehsal edən şirkətlərlə sıx əməkdaşlıq edir. Məsələn, 2015-ci ilin noyabrında Azərbaycan MOM ilə M.D.Anderson adına Onkoloji Mərkəz (M.D. Anderson Cancer Center, ABŞ) arasında uzunmüddətli əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləyə əsasən MOM-un mütəxəssisləri Amerika Onkoloji Mərkəzindən olan həmkarları ilə birgə elmi araşdırmalar və klinik tədqiqatlar aparırlar. ASCO nümayəndələri MOM-da aparılan tədqiqatlarla tanış olaraq yəqin ediblər ki, burada çox mürəkkəb cərrahiyyə əməliyyatları, habelə ciddi elmi axtarışlar aparılır.
Bütün bu tanışlıq və xoş təəssüratlardan sonra biz - ASCO nümayəndələri Milli Onkologiya Mərkəzi ilə əməkdaşlıq haqqında müqavilə imzalamaq niyyətində olduğumuzu bildirmişik və bununla qürur duyuruq”.
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

