Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / UFAZ-da yeni laboratoriyalar istifadəyə veriləcək

UFAZ-da yeni laboratoriyalar istifadəyə veriləcək

24.07.2018 [09:20]

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) kimya, fizika, geofizika və kompüter elmləri ixtisasları üzrə təhsil alan tələbələri üçün 2018-2019-cu tədris ilindən tədris laboratoriyalarının istifadəyə verilməsi nəzərdə tutulub.
ADNSU-dan AZƏRTAC-a bildirilib ki, bu barədə UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əsgərov məlumat verib. İcraçı direktor bildirib ki, laboratoriyalarda avadanlıqların quraşdırılması Strasburq Universitetinin standartları əsasında aparılır. Belə ki, istər binanın tikintisinə, istərsə də laboratoriyalarda avadanlıqların quraşdırılmasına Strasburq Universitetindən gəlmiş mütəxəssislər nəzarət edirlər.
Qeyd edək ki, hazırda UFAZ-ın tədris binasında 1-ci və 2-ci kurs tələbələrinin dərslərinin aparılması üçün fizika, kimya və optik laboratoriyalar var. Yeni laboratoriyalardan UFAZ-la yanaşı, ADNSU-nun tələbələri də istifadə edəcəklər. Bundan əlavə, yeni laboratoriyalar həm də UFAZ-ın tədqiqat universitetinə çevrilməsinə zəmin yaradacaq.

Paylaş:
Baxılıb: 608 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Siyasət

Analitik

Sosial

Sosial

Daxili siyasət

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Gündəm

BMT çərçivəsində ilk...

30 Sentyabr 12:19  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Yeni müdafiə mexanizmi

30 Sentyabr 10:43

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31