Təsərrüfat sahələrinin suvarılması və içməli su probleminin həllinə böyük töhfə
03.10.2009 [12:09]
ötən əsrdə alimlər gələcəkdə içməli suyun “qara qızıl”dan da baha olacağını və bu resurs uğrunda da böyük oyunların qurulacağını proqnozlaşdırmışdılar. ötən əsr üçün mütəxəssislərin bu iddiaları gülünc görünsə də, bu gün artıq bu təhlillərin özünü nə dərəcədə doğrultduğunun şahidi oluruq. Yəni, bir çox ölkələr digər məsələlərlə bağlı artıq içməli su təhlükəsizliklərini həyata keçirməyə başlayıblar...
Azərbaycan dövləti də ölkədə strateji məsələyə çevrilməkdə olan içməli su probleminin aradan qaldırılması istiqamətində böyük layihələr həyata keçirməkdədir. Müxtəlif regionlarda su anbarlarının tikintisi aparılır, kanallar çəkilir, Oğuz-Qəbələ-Bakı kimi nəhəng su xətti inşa olunur.
Sadaladığımız işlərin içərisində xüsusi əhəmiyyəti və çəkisi ilə fərqlənən Taxtakörpü su anbarı da var.
Taxtakörpü su anbarının su elektrik stansiyası ilə birgə və Vəlvələçay-Taxtakörpü, Taxtakörpü-Ceyranbatan kanallarının tikintisi Samur-Abşeron kanalı sistemi üzrə uzunmüddətli strategiya və texniki-iqtisadi əsaslandırmada təklif olunan sxemə əsasən həyata keçirilir.
Xatırladaq ki, Samur-Abşeron suvarma sistemi respublikanın şimal bölgəsi rayonlarını, Bakı və Sumqayıt şəhərlərini, həmçinin, Abşeron yarımadasını su ilə təmin edən irimiqyaslı, kompleks su təsərrüfatı obyektidir.
Bu sistemin təxminən 50 km uzunluğunda olan kanal hissəsi keçən əsrin 40-cı illərində istismara verilib. 1950-ci illərdə kanal uzadılıb, betonla üzlənməsi, nasos stansiyalarının qurulması başlanıb. Sonradan, 1960-cı illərdə sistem genişləndirilərək Abşeron yarımadasına qədər çatdırılıb...
Lakin sistemin 50 il fasiləsiz, təmirə dayanmadan istismar olunması və qeyd edilən ərazidə yerləşən əhalinin, sənayenin, kənd təsərrüfatı və digər sahələrin içməli, suvarma və texniki suya artan tələbatını təmin etmək üçün Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasını labüd edib.
Bu məsələnin vahid bir konsepsiya çərçivəsində həll olunması üçün Dünya Bankının krediti hesabına Yaponiyanın “Nippon Koei” və Azərbaycanın layihə müəssisələri tərəfindən 2004-cü ildə Samur-Abşeron kanalı sistemi üzrə “Uzunmüddətli Strategiya və Texniki-iqtisadi Əsaslandırma” hazırlanıb. Respublikada su təchizatı və meliorasiya sahəsində görülən işlər, perspektiv layihələrlə əlaqədar 2005-ci ilin sentyabr ayında Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə verilmiş göstəriş və tapşırıqların icrası olaraq, 2006-cı ildə Samur-Abşeron kanalı sistemi üzrə “Uzunmüddətli strategiya və Texniki-iqtisadi Əsaslandırma”da təklif olunmuş sxemə əsasən “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinin icrasına başlanıb.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2006-cı il büdcəsi barədə” 28 dekabr 2005-ci il tarixli 346 nömrəli Fərmanına əsasən başlanan bu layihə çərçivəsində Dəvəçi rayonunda “Taxtakörpü su anbarının Su Elektrik Stansiyası ilə birgə tikintisi” və “Taxtakörpü - Ceyranbatan kanalının tikintisi” işlərinin həyata keçirilməsi nəzərdə tutulub.
2006-cı il sentyabrın 8-də açıq tender proseduru vasitəsilə “Taxtakörpü su anbarının Su Elektrik Stansiyası ilə birgə tikintisi” obyekti üzrə işlərinin satın alınması həyata keçirilib. Seçim meyarlarının məcmusuna görə, “Azərkörpü” (lider), “Azərenerjitikintiquraşdırma”, “Azərsutikinti” Səhmdar Cəmiyyətlərinin və “Təməlsu” (Türkiyə) şirkətinin daxil olduğu Konsorsium qalib gələrək oktyabrın 6-da 2006-cı il tarixli müqaviləyə əsasən su anbarının tikintisini həyata keçirməyə başlayıblar. Konsorsiumun üzvü olan “Təməlsu” şirkəti isə layihə üzrə texniki məsləhətçi vəzifələrini yerinə yetirir.
Həyata keçirilən işlər çərçivəsində 2007-ci ildə su anbarı ərazisində məskunlaşan məcburi köçkünlərin yerəşdirilməsi üçün Dəvəçi rayonunda 70 evlik qəsəbənin tikintisi, mövcud maqistral qaz və neft boru kəmərlərinin subasar əraziyə düşən hissələrinin kənara çıxarılması işləri başa çatdırılıb.
2007-ci ilin noyabr ayının 8-də Dəvəçi rayonu ərazisində Taxtakörpü su anbarının və su elektrik stansiyasının təməlqoyma mərasimində iştirak edən Prezident İlham Əliyevə obyekt ilə bağlı məlumat verən “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə bildirib ki, Taxtakörpü su anbarının inşası Samur-Abşeron suvarma sisteminin yenidən qurulması kompleksinə daxildir: “Samur-Abşeron kanalının uzunluğu 180 kilometrdir. Yenidənqurma işlərinə kanalın baş qurğusunun yeniləşdirilməsi, 50 kilometrlik hissəsinin təmir olunması, Taxtakörpü su anbarının, Taxtakörpü-Ceyranbatan və Vəlvələçay-Taxtakörpü kanalının tikintisi daxildir. Taxtakörpü anbarı Samur-Abşeron kanalının suyu ilə doldurulacaq. Həcmi 268 milyon kubmetr olacaq ki, bu da Bakı, Sumqayıt şəhərlərinin, ümumən Abşeron yarımadasının içməli su, suvarma suyu və texniki su təminatını 2 dəfə yaxşılaşdıracaq. ümumilikdə, layihələrə 392 milyon manat vəsait xərclənəcək. Azərbaycan Respublikasının Dövlət Neft Fondundan ayrılmış həmin vəsait hesabına bu ərazidən keçən şimal qaz xəttinin 10 kilometrlik, Bakı-Novorossiysk neft kəmərinin 10 kilometrlik hissələri, avtomobil yolları da köçürülüb. Su anbarı su elektrik stansiyası ilə eyni vaxtda tikiləcək. Türkiyənin “Təməlsu” şirkətinin məsləhətçi olduğu konsorsiuma daxil olan “Azərkörpü” və “Azərsutikinti” təşkilatlarının yerinə yetirəcəkləri tikinti işləri 2010-cu ildə başa çatdırılacaq. Burada 25 milyon kubmetrə yaxın torpaq işləri, 60 min kubmetrdən çox beton işləri görüləcək. Bəndin hündürlüyü 142,5 metr, daşının eni 10-15 metr olacaq”.
Ə.Əhmədzadə daha sonra bildirib ki, Taxtakörpü və Ceyranbatan su anbarları arasında uzunluğu 110,33 kilometr, dərinliyi 3,8 metr, suburaxma qabiliyyəti saniyədə 40 kubmetr, Vəlvələçay ilə Taxtakörpü su anbarı arasında uzunluğu 31,45 kilometr, dərinliyi 3,8 metr, suburaxma qabiliyyəti saniyədə 75 kubmetr olan kanallar çəkiləcək. Bu kanallar üzərində 512 qurğu, o cümlədən, 13 akveduk, 35 düker, 1 tunel, 99 avtomobil və piyada körpüsü, 255 selötürücü və 129 leysan keçidləri tikiləcək. Bu kanallar vasitəsilə əlavə 49,174 hektar əkin sahəsi suvarılacaq.
Məlumat üçün bildirək ki, su anbarının yuxarı hissəsində 24-27 meqavat gücündə su elektrik stansiyası da inşa olunacaq. Su anbarı ilə birlikdə bu enerji obyektinin istifadəyə verilməsi nəticəsində ildə 15 milyon manatlıq elektrik enerjisinə qənaət olunacaq. çünki Sitalçay və Ceyranbatan nasos stansiyaları ləğv ediləcək. ümumilikdə isə, su elektrik stansiyasının istismarından hər il 40-50 milyon manat gəlir əldə olunacaq ki, bu da su anbarının və SES-in tikintisinə çəkilən xərcin 7 ilə ödənilməsi deməkdir.
Dövlətimizin başçısı ölkəmiz üçün əhəmiyyətli olan su anbarının və elektrik stansiyasının vaxtında, keyfiyyətlə başa çatdırılması barədə müvafiq tapşırıqlarını verərək söyləyib ki, inşaatçılar Azərbaycan üçün çox lazım olan həm su anbarını, həm də elektrik stansiyasını tikəcək.
Qeyd edək ki, görülən işlərin maliyyə mənbəyi Azərbaycan Respublikası Dövlət Neft Fondudur. 2007-ci ildə layihənin maliyyələndirilməsi üçün Dövlət Neft Fondu 76,9 milyon manat məbləğində vəsait ayırıb və layihəyə aid hazırlıq işlərinin başa çatdırılmasına, su anbarının və kanalın tikintisi layihələri üzrə işlərin görülməsinə tam həcmdə sərf edilib. 2008-ci ildə “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinin maliyyələşdirilməsi üçün 120,6 milyon manat məbləğində vəsait ayrılıb və tam həcmdə istifadə edilib. 2009-cu ildə isə layihənin maliyyələşdirilməsi üçün 110 milyon manat məbləğində vəsait ayrılıb.
Cari ilin 6 ayı ərzində Taxtakörpü su anbarı ərazisində bəndin qazma işləri tərkibində su hövzəsi dibinin hamarlanması, yamacların nizamlanması və sahədaxili yolların tikintisi işləri demək olar ki, başa çatdırılıb. Dolğu materiallarının istehsalı təşkil edilib və müvafiq karxanalardan çınqıl və qum-çınqıl materialı sahəyə daşınır. Eyni zamanda, bəndin gövdəsinin mərkəzinə gil materialı tökülərək onun nüvəsinin yaradılması davam edir, yuxarı və aşağı axın istiqamətlərində tökmə işləri aparılaraq, bəndin yamaclarının formalanması prosesi gedir. Tikinti işlərinin görülməsi üçün sahəyə kifayət qədər işçi qüvvəsi, maşın və mexanizm cəlb edilib. Sahədə yükünü özüboşaldan avtomobillər, ekskavatorlar, buldozerlər, yükləyicilər və s. texnika çalışır.
Vəlvələçay-Taxtakörpü kanalının tikintisi də yüksək səviyyədə həyata keçirilir. Həmçinin, “Taxtakörpü-Ceyranbatan kanalının tikintisi” layihəsi çərçivəsində Dəvəçi rayonunda yerləşən Taxtakörpü su anbarı ilə Ceyranbatan su anbarı arasında kanalın inşası həyata keçirilir. Hazırda obyekt bir neçə sahəyə bölünərək orada kanal üçün torpağın qazılması və tökülməsi işləri, kanal özülünün düzəldilməsi üçün svayvurma və betonlama işləri həyata keçirilir.
Tikintisinə 2007-ci ildə başlanılan anbarın 2011-ci ildə tam istifadəyə verilməsi planlaşdırılır. Su anbarının inşasında 1200 nəfərə yaxın işçi çalışır. Hazırda layihə üzrə görülən işlərə 125 ədəd ağır texnika, həmçinin, 250-dən artıq yük və su maşınları cəlb olunub. Su anbarının inşasında işləyənlərin orta aylıq əməkhaqqı kifayət qədər yüksəkdir.
Sonda qeyd edək ki, su anbarının və kanalların tikintisi içməli su ilə təchizatı yaxşılaşdırmaqla yanaşı, kənd təsərrüfatının, mövcud və yeni əkin sahələrinin suvarmaya olan tələbatını ödəyəcək.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına bax
Dünya
20 Sentyabr 20:18

YAP xəbərləri
20 Sentyabr 20:04

Xəbər lenti
20 Sentyabr 19:23

YAP xəbərləri
20 Sentyabr 19:15

YAP xəbərləri
20 Sentyabr 19:13

YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46
