/ / “Azərtexnolayn” MMC və “Gazelli Group” MMC MDB ölkələri arasında keçirilən müsabiqənin qalibləri seçilib
“Azərtexnolayn” MMC və “Gazelli Group” MMC MDB ölkələri arasında keçirilən müsabiqənin qalibləri seçilib
11.04.2018 [11:03]
İstehsal və xidmətlər üzrə keyfiyyət sahəsində əldə edilən nailiyyətlərə görə Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin müəssisələri arasında keçirilən müsabiqənin qalibləri müəyyən olunub. Azərbaycan müəssisələri “Azərtexnolayn” MMC və “Gazelli Group” MMC müsabiqənin qalibləri seçilib.
Bu barədə AZƏRTAC-a Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən açıqlama verilib.
MDB-nin İqtisadi Şurasının qərarı ilə “İşçilərinin sayı 251-dən 3000-dək olan istehsal təyinatlı məhsulların istehsalı” nominasiyasında Azərbaycanı təmsil edən “Azərtexnolayn” MMC və “İşçilərinin sayı 250-dək olan xalq təsərrüfatı məhsullarının istehsalı” nominasiyasında isə “Gazelli Group” MMC müsabiqənin “Laureat”ı (qalibi) adına layiq görülüb.
Qaliblər müsabiqənin ikinci mərhələsində MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının təyin etdiyi ekspertlər qrupu tərəfindən zəruri sənədlərin təhlili və istehsal müəssisələrində həyata keçirilən auditin nəticəsində seçilib.
Məlumata görə, müsabiqənin I mərhələsi MDB-yə üzv ölkələrin aidiyyəti qurumları tərəfindən keçirilir. Bu məqsədlə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 2017-ci ildə ölkə üzrə qaliblərin müəyyən edilməsi ilə bağlı elan verib. Müsabiqənin tələblərinə əsasən, müraciət edən təşkilatlar iki ildən az olmamaq şərtilə istehsal olunan məhsulların və ya xidmətlərin yüksək keyfiyyətliliyini təsdiq etməli, həmçinin iki ildən az olmamaq şərtilə məhsullar MDB-yə üzv dövlətlərə ixrac edilməlidir.
Müsabiqənin birinci mərhələsinin qalibləri “Azərtexnolayn” MMC (Polad borular istehsalı) və “Gazelli Group” MMC-nin (Ətriyyat məhsullarının istehsalı) sənədləri ikinci mərhələdə iştirak üçün MDB-nin Dövlətlərarası Şurasına təqdim edilib.
Müsabiqədə təşkilata üzv ölkələrdən Azərbaycanla yanaşı, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Moldova və digər ölkələri təmsil edən bir çox müəssisələr iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35

