Zərdab rayonunda içməli su ilə təminatın yaxşılaşdırılması layihələri yekunlaşıb
08.03.2018 [08:33]
“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli Sərəncamına uyğun olaraq Zərdab rayonunda həyata keçirilən layihələr uğurla yekunlaşıb.
“Azərsu” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə rayonun Salahlı kəndində açılış mərasimi keçirilib.
Açılış mərasimində rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev bildirib ki, Zərdab rayonunda içməli su təchizatı həmişə aktual olub. Əhali suvarma arxlarının suyunu duruldaraq istifadə edib. İcra başçısı əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə son illər Zərdab rayonunda mühüm layihələrin həyata keçirildiyini söyləyib.
“Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində bir neçə il öncə Zərdab şəhərində içməli su layihəsinin yekunlaşdığını bildirib. Sədr müavini Külüllü su mənbəyinin əhəmiyyətindən danışaraq qeyd edib ki, buradan Zərdab şəhərinə çəkilmiş magistral su xətti ətraf kəndlərin içməli su probleminin həllinə töhfə verib. Artıq sakinlər keyfiyyətli içməli su ilə təmin olunublar.
Açılış mərasimində iştirak edən kənd sakinləri indiyədək su təminatı baxımından ciddi çətinliklərlə qarşılaşdıqlarını bildiriblər. Bu sahədə problemlərin həllinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Zərdab rayonunun Gəlmə, Salahlı və Dəkkəoba kəndlərində içməli su təchizatı layihələri həyata keçirilib. Bu kəndlərdə yaşayan sakinləri keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək məqsədilə Külüllü-Zərdab magistral xətti su mənbəyi seçilib. Magistral xətdən kəndlərə çıxışlar verilərək müxtəlif diametrli polietilen borularla ümumi uzunluğu 5,7 kilometr su xətləri çəkilib. Kəndlərdə əhalinin ümumi istifadəsi üçün 17 ədəd bulaq quraşdırılıb. Zərdab rayonunun 3 kəndində icra olunan layihələr 4630 nəfərin içməli su təminatının yaxşılaşdırılmasına imkan yaradıb.
Qeyd edək ki, “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncama uyğun olaraq 28 rayonun 170 yaşayış məntəqəsində yeni su təchizatı sistemləri yaradılıb və bu layihələrdən 271 mindən artıq sakin faydalanır.
Xəbər lenti
Hamısına baxDünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41
Hadisə
08 Sentyabr 15:34
Elm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28
Dünya
08 Sentyabr 14:25
Gündəm
08 Sentyabr 14:22
Dünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39
Dünya
08 Sentyabr 13:10
Siyasət
08 Sentyabr 12:42
Dünya
08 Sentyabr 12:14
Hadisə
08 Sentyabr 11:58
Gündəm
08 Sentyabr 11:35
İqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06

