Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / 2 fevral – Gənclər Günü münasibətilə qol güləşi yarışı keçirilib

2 fevral – Gənclər Günü münasibətilə qol güləşi yarışı keçirilib

03.02.2018 [01:05]

2 fevral - Gənclər Günü münasibətilə Nizami rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının, Azərbaycan Qol Güləşi Federasiyasının və Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin birgə təşkilatçılığı ilə gənclər arasında qol güləşi yarışı keçirilib.
Dövlət himninin səsləndirilməsindən sonra çıxış edən Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Avropa Armrestlinq Federasiyasının vitse-prezidenti, Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin direktoru Qalib Həsənov və başqaları dövlətin gənclər siyasətindən, onlara yaradılan şəraitdən danışıblar.
Qeyd olunub ki, uğurlu dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin hərtərəfli inkişafında mühüm rol oynayır. Məhz bu siyasətin nəticəsidir ki, gənclər bütün sahələrdə nailiyyətlər qazanaraq özlərini cəmiyyətin aparıcı qüvvəsi kimi təsdiq edirlər.
Çıxışlardan sonra yarışa start verilib.
Sonda qaliblər mükafatlandırılıb.

Paylaş:
Baxılıb: 750 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31