Kaspi Liseyində şagirdlər arasında beynəlxalq olimpiada keçirilib
25.01.2018 [10:17]
Kaspi Liseyinin ev sahibliyi ilə Dünya Alimlər Kubokunun (The World Scholar’s Cup) Bakı raundunun rəsmi açılış mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, turnirdə Azərbaycandan olan komandalarla (TİSA, Baku Oxford School, Avropa Azərbaycan Məktəbi, ABC (Azerbaijan British College), Zərifə Əliyeva adına Lisey, Kaspi Liseyi - Ağ şəhər və Bakıxanov filialları, 23 nömrəli məktəb və digər özəl və dövlət məktəbləri ilə yanaşı, Qafqazın müxtəlif regionlarının aparıcı təhsil qurumlarından olan komandalar iştirak ediblər. Beynəlxalq olimpiadaya 200-ə yaxın şagird qatılıb.
Dünya Alimlər Kubokunun təsisçisi Daniel Berdiçevski rəsmi açılışı elan etdikdən sonra sözü Kaspi Təhsil Şirkətinin təsisçisi Sona Vəliyevaya verib.
S.Vəliyeva mərasimə qatılan iştirakçıları və media nümayəndələrini salamlayaraq onlara uğurlar arzu edib: “Bu cür dünya miqyaslı bilik yarışının Azərbaycan və Qafqaz regionu məktəbləri arasında Kaspi Liseyində keçirilməsi qürur vericidir. İnanıram ki, siz burada özünüzü qonaq kimi yox, ev sahibi kimi hiss edəcəksiniz. Çox yaxşı haldır ki, burada hər bir şagird öyrənmək qabiliyyətini ortaya qoya biləcək. Eyni zamanda, fərdi və qrupla işləmək qabiliyyəti nümayiş etdirəcək. Mən inanıram ki, hər bir şagird buradan uğurla qayıdacaq. Söhbət hansı yerə layiq olmaqdan getmir, burada iştirakın özü belə, böyük təcrübə toplamaq deməkdir. Bugünkü olimpiadanın iştirakçıları arasında gələcəyin alimləri, ixtiraçıları var. Çünki hər bir ixtiraçı sizin kimi məktəb yaşlarını keçib, hansısa yaradıcılıq xəyalları qurub. Ona görə sizin aranızda da gələcəyin böyük alimlərini görürəm. Hər birinizə, bütövlükdə, olimpiadanın ümumi işinə uğurlar arzulayıram. İnanıram ki, Kaspi Liseyi bundan sonra da böyük olimpiadalara ev sahibliyi edəcək”.
Sonra Daniel və komandası bu Kubok haqqında interaktiv şəkildə şagirdlər üçün geniş məlumat verib və komandalarla yaxından tanış olublar. Bildirilib ki, Dünya Alimlər Kuboku şagirdlərin elmi biliklərlə yanaşı, onların yaradıcı düşünüb, fikirlərini səlis və sərbəst şəkildə ifadə etmək və digər şəxsi keyfiyyətlərini inkişaf etdirmək məqsədi daşıyır.
Gün ərzində şagirdlər müxtəlif aktual mövzular üzrə debat yarışları keçiriblər. Bununla yanaşı, digər mərhələ olan Esse kateqoriyasında iştirakçılar ənənəvi olaraq fərdi şəkildə deyil, qrup halında bu esseləri yazıblar. Daha sonra iştirakçıların bilikləri interaktiv test mərhələsində sınanıb. Sonda isə ən yaxşı nəticə əldə etmiş komandalar Qrup mübarizəsində yarışıblar.
Qeyd edək ki, yarışlar bu gün də davam edəcək və qaliblər günün sonunda müəyyənləşəcək. Qalib komandalar müxtəlif kateqoriyalar üzrə kubok və medallarla təltif olunacaqlar.
2007-ci ildə təsis edilən Dünya Alimlər Kuboku (The World Scholar’s Cup) hər il əllidən çox ölkədə iyirmi mindən çox şagirdi bir araya gətirir. Yarışın məqsədi şagirdlərə öyrənməyi sevdirmək, sosial bacarıqlarını inkişaf etdirmək və onlara qlobal vətəndaşlıq hissini aşılamaqdır.
Yarış dörd kateqoriya üzrə - Debat, Esse, Alimlərin mübarizəsi (test), Qrup mübarizəsi, səkkiz istiqamətdə həyata keçirilir və üç mərhələdən ibarət olur. Birinci mərhələdə şagirdlər ölkələrdə (Azərbaycan, Türkiyə, Hollandiya, Kanada, ABŞ və s.) təşkil edilən regional turnirlərdə iştirak edir və “Qlobal” turnirdə iştirak hüququ əldə etmək üçün mübarizə aparırlar. Qlobal turnirlərdə (20 ölkə üzrə) uğur qazanan iştirakçılar ABŞ-ın Yeyl Universitetində (YALE University) keçirilən “Çempionlar” turnirində öz güclərini sınayırlar.
Nəzərə çatdıraq ki, Kaspi Liseyi regional turnirdə on dörd komanda ilə təmsil olunur.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

