Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Mixail Qusmanın kitabı nüfuzlu mükafata layiq görülüb

Mixail Qusmanın kitabı nüfuzlu mükafata layiq görülüb

23.01.2018 [10:11]

TASS informasiya agentliyinin baş direktorunun birinci müavini, həmyerlimiz Mixail Qusmanın “Həyat formulu: atam və anam haqqında kitab”ı “Rospeçat” şirkətinin “2017-ci ildə jurnalist tərəfindən yazılmış ən yaxşı kitab” mükafatına layiq görülüb.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, “Rospeçat” şirkətinin rəhbəri Mixail Seslavinski mükafatı təqdim edərək bildirib ki, münsiflər heyəti bütün namizədlər içindən Mixail Qusmanın kitabını daha səmimi və lazımlı hesab edib. O deyib: “Həyat formulu: atam və anam haqqında kitab” çox səmimi və öz ailəsinə böyük məhəbbətlə yazılıb. Əsərdə XX əsrin ikinci yarısında Bakıda və SSRİ-də baş verənlər əksini tapıb. Kitabı birnəfəsə oxuyursan. Ancaq bir çatışmazlığı var ki, cəmi 2 min nüsxə ilə buraxılıb”.
Mixail Qusman mükafatı qəbul edərək deyib ki, kitabı valideynlərinin xatirəsinə ithaf edib.

Paylaş:
Baxılıb: 516 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

İkisi bir boyda...

23 İyul 12:20  

Sosial

33 il öncə bu gün...

23 İyul 11:28  

YAP xəbərləri

Gündəm

Bir tarixin izi ilə...

22 İyul 13:39  

Analitik

103-cü hökumət...

22 İyul 12:38

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31