Gənclər evlərinə dair birgə təşəbbüslə bağlı pilot layihənin təqdimatı keçirilib
20.12.2017 [10:07]
Dekabrın 19-da Binəqədi Gənclər evində “Azərbaycan Hökuməti ilə BMT-nin Gənclər evləri üzrə birgə təşəbbüsü” adlı pilot layihənin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, BMT-nin Azərbaycandakı nümayəndəliyinin əməkdaşları, gənclər təşkilatlarının təmsilçiləri iştirak ediblər.
Əvvəlcə Azərbaycanda Gənclər evlərinin və mərkəzlərinin yaradılmasına, onların fəaliyyətinə dair videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən Azad Rəhimov iki il müddətində nəzərdə tutulmuş pilot layihənin Gənclər və İdman Nazirliyi və BMT-nin Azərbaycandakı nümayəndəliyi tərəfindən reallaşdırılacağını vurğulayıb. Nazir layihənin məqsədinin gənclər üçün əlverişli kompleks xidmətlərin hazırlanması, təcrübədən keçirilməsi və sonra bütün Gənclər evlərində istifadə edilməsi olduğunu vurğulayıb. Azərbaycanda əhalinin yarıdan çoxunu gənclərin təşkil etdiyini diqqətə çatdıran Azad Rəhimov hazırda ölkəmizdə qırxdan çox Gənclər evinin və mərkəzinin fəaliyyət göstərdiyini bildirib. Qeyd edib ki, onlardan 14-ü Gənclər və İdman Nazirliyi tərəfindən inşa olunaraq gənclərin istifadəsinə verilib.
Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev tədbirdə çıxış edərək Gənclər evlərinin fəaliyyətlərinin genişləndirilməsinin və onların gənclərə daha keyfiyyətli sosial xidmətlər göstərməsinin vacibliyini bildirib. Gənclər evləri sosial xidmət şəbəkəsinin yaradılmasının və istifadəyə verilməsinin önəmini qeyd edən şöbə müdiri bu prosesin artıq bölgələrdə başa çatdığını deyib. Prezident Administrasiyasının rəsmisi gənclər təşkilatlarının tədbirlərinin məhz bu sosial xidmət müəssisələrində keçirilməsinin, onun resurslarından geniş istifadə edilməsinin təqdirəlayiq olduğunu vurğulayıb.
Gənclər evlərinin fəaliyyətinin səmərəliliyinin diqqət mərkəzində saxlanıldığını qeyd edən Yusuf Məmmədəliyev bildirib ki, gəncləri zərərli vərdişlərdən, radikalizm, ekstremizm və digər mənfi hallardan qorumaq üçün geniş maarifləndirmə işinin aparılması ilə yanaşı, onların asudə vaxtlarının təşkili də çox vacibdir. Şöbə müdiri bu baxımdan müxtəlif regionlara xas xüsusiyyətlərin, adət-ənənələrin nəzərə alınaraq müvafiq proqramların tərtib olunmasının, peşəkar səviyyədə əlaqələndirmə işinin aparılmasının Gənclər evlərinin fəaliyyətlərinin səmərəliliyinin artırılmasında mühüm rol oynayacağını qeyd edib.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsaqzai belə bir layihənin həyata keçirilməsinin gənclərin fəallıqlarının artırılmasına mühüm töhfə verəcəyini bildirib. O, pilot layihənin hazırlanmasında fəal iştirakına görə Gənclər və İdman Nazirliyinə, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinə, BMT-nin aidiyyəti qurumlarına minnətdarlığını bildirib. BMT-nin nümayəndəsi deyib ki, Gənclər evləri və mərkəzləri gənclər üçün daha yüksək səviyyəli sosial xidmətlərin göstərilməsi üçün mühüm platforma rolunu oynayacaq.
Qulam İsaqzai pilot layihənin beş istiqaməti əhatə edəcəyini vurğulayıb. Qeyd edib ki, bunlar yeniyetmə və gənclərin rifahı, onların təlim-tədrisi, hüquqlarının müdafiəsi, gənclər üçün iqtisadi imkanların yaradılması və fəallıqlarının artırılmasıdır.
Çıxışlardan sonra layihə ilə bağlı təqdimat nümayiş olunub.
Tədbir bədii hissə ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55

