Səbailli məktəblilər tur-aksiya çərçivəsində qədim Gəncəyə yola düşəcəklər
16.11.2017 [10:21]
Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə respublikamızın müxtəlif bölgələrinə təşkil olunmuş maarifləndirici tur-aksiya çərçivəsində Səbail rayonu üzrə 40 məktəbli bu gün Gəncə-Şəmkir-Göygöl marşrutu ilə yola düşəcək.
AZƏRTAC xəbər verir ki, bununla bağlı noyabrın 15-də Səbail Rayon İcra Hakimiyyətinin (RİH) təşkilatçılığı ilə mərasim təşkil olunub.
Əvvəlcə iştirakçılar rayon icra hakimiyyətinin binasında Ümummilli lider Heydər Əliyevin büstü önünə tər güllər düzüb, Ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Məktəblilərin, onların valideynlərinin, rayondakı orta məktəblərin kollektivlərinin, veteranların və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbir Azərbaycan Dövlət himninin səslənməsi ilə başlanıb.
Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Abit Əliyev Ümummilli lider Heydər Əliyevin yaradıcısı olduğu müstəqil Azərbaycanın nailiyyətlərindən, Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən dinamik sosial-iqtisadi inkişafdan, yeni qlobal layihələrdən, gənc nəslə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışıb.
Toplantıda rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov Səbail rayonunda son dörd ildə təşkil olunan tur-aksiyalar barədə məlumat verib. Bildirilib ki, keçirilən aksiyalar çərçivəsində ümumilikdə 230 səbailli məktəbli Lənkəran-Masallı-Astara, Naxçıvan və Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə gəzintidə olub. Eyni zamanda, Səbail Rayon İcra Hakimiyyətinin əməkdaşları iki ildir ki, tur-aksiya çərçivəsində Naxçıvandan Bakıya gələn yeniyetmələrin paytaxtın görməli yerləri, muzey və sərgi salonları ilə tanışlığı işində fəal iştirak ediblər. Turun keçirilməsi ilə bağlı bütün təşkilati məsələlər həll olunub, səfərdə şagirdləri dörd müəllim və bir həkim müşayiət edir.
Tədbirdə 189-190 nömrəli orta məktəbin direktoru, əməkdar müəllim Ceyran Kuliyeva, 163 nömrəli orta məktəbin şagirdi Aysel Əliyeva, 91 nömrəli orta məktəbin şagirdi Taleh Əhmədov, valideyn Emiliya Mustafayeva və başqaları çıxış edərək bildiriblər ki, bu layihənin həyata keçirilməsi ölkə gənclərinin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmaları, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Tur-aksiya ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsində, tədrisdə qazanılan nəzəri biliklərin möhkəmləndirilməsində mühüm amillərdən biri olacaq və səfərin xoş təəssüratları şagirdlərin mənəvi zənginliyini daha da artıracaq.
Tur-aksiya iştirakçıları dörd gün ərzində Gəncə şəhərində Cavadxan məqbərəsi, Cümə məscidi, Şah Abbas məscidi, Çökək hamam, Xan bağı, Qədim Qala divarları, “İmamzadə” kompleksi, Comərd Qəssab türbəsi, Nizami Gəncəvinin məqbərəsi, Amfiteatr, Nizami Gəncəvi adına mərkəz və Gəncə avtomobil zavoduna, Şəmkir rayonunda “Orta əsr Şəmkir şəhəri”, “Abidələr” parkı, Alman kilsəsi, “İstiqlal” parkı və “Nəfis çörək zavodu”na, Göygöl rayonunda Alman kirxası, sonuncu alman Viktor Klaynın ev-muzeyinə baxış keçirəcək, Hacıkənd qəsəbəsinə və Göygöl Milli Parkına ekskursiya edəcəklər. Onlar həm də səfər çərçivəsində təşkil olunacaq intellektual oyunlarda və “İDEA” İctimai Birliyinin xətti ilə keçiriləcək ağacəkmə kampaniyalarında iştirak edəcəklər.
Sonda məktəblilərə rayon icra hakimiyyətinin xatirə hədiyyələri təqdim edilib. Yeniyetmələr xatirə şəkli çəkdiriblər.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

