/ / İğdır-Naxçıvan qaz kəməri Muxtar Respublikanın iqtisadi və siyasi təhlükəsizliyini möhkəmləndirəcək
İğdır-Naxçıvan qaz kəməri Muxtar Respublikanın iqtisadi və siyasi təhlükəsizliyini möhkəmləndirəcək
12.08.2009 [11:55]
Məlum olduğu kimi, Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yılmazın Naxçıvana səfəri zamanı Muxtar Respublikaya təbii qaz nəqli ilə bağlı geniş müzakirələr aparılıb. Taner Yılmazla Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev arasında əldə olunmuş razılığa əsasən Azərbaycan qazının Türkiyənin İğdır ərazisindən Naxçıvana nəqli nəzərdə tutulur. Hər iki tərəf yaxın müddətdə yeni qaz kəmərinin çəkilməsi ilə bağlı layihənin texniki əsaslandırmasını hazırlayacaq. Bu məqsədlə gələn ay tərəflərin mütəxəssislərindən ibarət işçi qrupu yaradılacaq. İşçi qrupu Türkiyə üzərindən Naxçıvana qaz kəməri çəkilməsinin texniki əsaslandırmasını hazırladıqdan sonra kəmərin çəkilməsi üçün texniki işlərə start veriləcək.
Azərbaycan və Türkiyə hökumətləri arasında əldə olunmuş razılığa əsasən, yeni kəmərlə İğdıra ildə yarım milyard kubmetr qaz nəql olunacaq. Yanacaq həmin bölgədən Naxçıvana nəql ediləcək və bununla da Muxtar Respublikanın qaz problemi birdəfəlik həll olunacaq. Yəni, Naxçıvan daha təhlükəsiz və uzunömürlü qaz xətti vasitəsilə təmin ediləcək. Hazırda MR-ə Azərbaycanla İran arasında əldə olunmuş anlaşmaya əsasən barter yolu ilə qaz nəql olunsa da İğdır boru xətti bu kəmərlə müqayisədə daha böyük coğrafi və texniki üstünlüklərə malikdir. Ekspertlərin qiymətləndirmələrinə görə, Naxçıvanın relyefi mürəkkəb olduğundan bu əraziyə digər ölkələrdən qaz ötürülməsi üçün uyğun deyil, yalnız İğdır qaz kəməri relyef və coğrafi xüsusiyyətlərinə, texniki-iqtisadi parametrlərinə görə, məqsədəuyğundur. Naxçıvanın qaz təchizatını daha etibarlı, fasiləsiz və keyfiyyətli şəkildə təmin etmək üçün bu kəmərin alternativi yoxdur.
İğdır-Naxçıvan qaz kəmərinin çəkilməsi iqtisadi mahiyyəti ilə yanaşı, siyasi cəhətdən də böyük əhəmiyyət kəsb edir. Bu addım, Azərbaycan hökumətinin İqdır -Naxçıvan qaz kəmərinin işə düşməsi ilə Naxçıvanı blokadadan çıxartmaq istiqamətində siyasətinin təntənəsi kimi də qiymətləndirilə bilər. Məlum olduğu kimi, Ermənistanın işğalçılıq siyasəti Naxçıvanın iqtisadi blokadada qalmasına səbəb olub. Amma Muxtar Respublikanın zəngin iqtisadi resursları və əlverişli iqtisadiyyatı qonşu ölkələrin marağının artmasına səbəb olub və Naxçıvanla sıx əlaqələrin qurulması MR-in inkişafına yol açıb. Son illər həm qardaş Türkiyə, həm də qonşu İranla Naxçıvan arasında iqtisadi təmasların dərinləşməsi Muxtar Respublikanın sabit və dinamik inkişafı üçün əhəmiyyətli zəmin yaradıb. 92 kilometr uzunluğunda İğdır-Naxçıvan elektrik xəttinin çəkilməsi, Naxçıvana elektrik enerjisinin verilməsi, nəqliyyat magistrallarının birləşdirilməsi, sərnişin avtobusu və hava reyslərinin açılması, nəqliyyat xidmətlərinin genişləndirilməsi, eləcə də Türkiyə-Asiya-Avropa fiberoptik kabel magistralının Naxçıvanı əhatə etməsi Muxtar Respublikanın iqtisadi yüksəlişinə səbəb olub. Son beş ildə Naxçıvana 1 milyard dollardan çox investisiya yatırılıb. Naxçıvan iqtisadi artım tempinə görə, Azərbaycanın bölgələri arasında ilk yerdə dayanır.
İğdır-Naxçıvan qaz kəmərinin çəkilməsi Naxçıvanın inkişafı üçün impuls vermiş olacaq və bölgədə iqtisadi-strateji əhəmiyyət daşıyacaq. Bu kəmər Muxtar Respublikanın iqtisadi və siyasi təhlükəsizliyini möhkəmləndirəcək. İğdır-Naxçıvan qaz kəmərinin tikilməsi eyni zamanda qardaş Türkiyə ilə Muxtar Respublika arasında təmasların dərinləşməsinə əhəmiyyətli baza yaratmış olacaq. Bundan başqa, Naxçıvana qazın ötürülməsi Azərbaycan və Türkiyənin bölgədə tranzit mövqelərinin daha da möhkəmlənməsini şərtləndirmiş olur.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50

