Masallı Sənaye Məhəlləsində ölkədə ilk dəfə elektrod və kəsmə daşları istehsal olunacaq
19.08.2017 [09:35]
Masallı Sənaye Məhəlləsində tikinti işlərinə başlanılıb. Hazırda ərazidə inşa ediləcək binaların təməli qoyulur və kommunikasiya xətlərinin çəkilməsi işləri aparılır.
AZƏRTAC xəbər verir ki, tikinti işlərinin qrafikə uyğun aparılması məqsədilə Sənaye Məhəlləsində su, elektrik təminatı kimi müvəqqəti infrastruktur yaradılıb, zəruri texnika iş prosesinə cəlb edilib, mal-materialların saxlanması üçün müvəqqəti anbarlar quraşdırılıb, işçilərin normal iş şəraitinin təmin olunması üçün yeməkxana və sanitar qovşaq tikilib.
Masallı Sənaye Məhəlləsində həyata keçirilən tikinti işlərinə 200 nəfərə yaxın işçi cəlb olunub. Onların əksəriyyəti yerli sakinlərdir.
Tikintinin layihə rəhbəri Qurban Burcəliyev bildirib ki, ərazidə tikinti sahəsində planlaşdırılmış işin 20 faizi icra olunub. Tikinti işlərinin 2018-ci ilin birinci yarısında başa çatdırılması nəzərdə tutulub.
Birinci mərhələdə Sənaye Məhəlləsində ümumi sahəsi 7006 kvadratmetr olan üç istehsalat korpusu, sahəsi 1251 kvadratmetr olan ikimərtəbəli inzibati bina və digər köməkçi sahələr tikiləcək, ərazidə zəruri infrastruktur (elektrik, qaz, su və rabitə) yaradılacaq.
Masallı Sənaye Məhəlləsinə sahibkarlar tərəfindən böyük maraq göstərilir. Artıq sahibkarlar tərəfindən ümumi dəyəri 33 milyon manatdan çox olan 33 layihə təklifi “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nə təqdim olunub.
Sahibkar Fikrət Babayev deyib: “Masallı rayonunda sənaye parkının açılması bizə o üstünlükləri verir ki, biz primitiv, kustar üsulla ev şəraitindən işləməkdən azad olacağıq. Mən Azərbaycanda analoqu olmayan gəmi kanatlarının istehsalına başlamaq istəyirəm”.
Sahibkar Fəxrəddin Baxışov bildirib: “Biz burada yeni bir müəssisə yaradırıq. Bu müəssisədə tikinti sahəsində üç profildə istehsal müəyyənləşdirilir-elektrod, kəsmə daşları və mismar. Tikintidə işlədilən mismarlar Azərbaycanda istehsal olunmur, xaricdən gətirilir. Biz bu məqsədlə Sənaye Məhəlləsinə müraciət etmişik”.
Qeyd edək ki, bu Masallı Sənaye Məhəlləsində həyata keçiriləcək layihələr əsasən mebel istehsalı, avtomobil təmiri, alüminium və plastik qapı-pəncərə istehsalı, müxtəlif növ tikinti materiallarının istehsalı sahələrini əhatə edir.
Xəbər lenti
Hamısına baxDünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45

