/ / Göyçayda dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği ilə əlaqədar 3 layihənin icrasına başlanılıb
Göyçayda dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği ilə əlaqədar 3 layihənin icrasına başlanılıb
18.08.2017 [09:48]
Avqustun 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Göyçay rayonunda “Müsəlman intibahının bərqərarı-İslam Həmrəyliyi” layihəsi çərçivəsində maarifləndirici tədbir təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Göyçay şəhər Gənclər Mərkəzində keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları, dini icma sədrləri, din xadimləri, ziyalılar və ağsaqqallar iştirak ediblər.
Tədbirdə çıxış edən Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə dövlətimizin dinə, dindarlarımıza olan qayğısından bəhs edib.
Mehdi Səlimzadə qeyd edib ki, Prezident İlham Əliyevin 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Sərəncamı mühüm tarixi əhəmiyyət daşımaqla bərabər, zamanın böyük probleminə çevrilən və hazırda İslam ölkələri arasında ziddiyyətlərin aradan qaldırılmasına, həmrəyliyin formalaşdırılmasına yönələn səmimi təşəbbüsdür. Həmrəylik dəyərlərinin qorunduğu məkanlardan biri olan Göyçay rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə belə maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin təqdirəlayiq olduğunu vurğulayan M. Səlimzadə rayonda bu sahədə həyata keçirilən layihələrin işinə uğurlar arzulayıb.
Qeyd edilib ki, multikulturalizm Azərbaycanda dövlət siyasətidir və onun alternativi yoxdur. Ölkəmizdə ənənə halını almış tolerant və multikultural mühit bütün dünyada ən müasir və mütərəqqi cəmiyyət modeli kimi qəbul edilir. Məhz bu baxımdan ölkə Prezidenti tərəfindən 2016-cı ilin Azərbaycanda “Multikulturalizm İli”, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması həm İslam aləmində, həm də dünyada müxtəlif sivilizasiyalar arasında həmrəyliyə töhfə verməkdədir. Respublikamızın hər yerində olduğu kimi, Göyçayda da multikultural dəyərlər qorunur, milli-mənəvi ənənələrə hörmətlə yanaşılır. Avqustun 5-də Göyçay dindarları Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edərək oradakı məsciddə vəhdət namazı qılıblar.
Daha sonra DQİDK-nın regional şöbəsinin müdiri Əzim Rəfiyev “İslam həmrəyliyinin qarşısında duran maneələr” mövzusunda çıxış edib. Məlumat verilib ki, bu tədbir Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara ayrılmış maliyyə yardımı əsasında keçirilib. Həmin maliyyə yardımı hesabına 3 layihə təqdim edilib və hər 3 layihənin qalibi Göyçayın dini icmaları olub. Bu günlərdə Göyçayın Yeniarx kənd məscidi dini icması “Müsəlman intibahının bərqərarı-İslam həmrəyliyi”, Yalman kənd məscidi dini icması “İslam Həmrəyliyi və sosial ədalət”, Çərəcə kənd məscidi dini icması “İslam Həmrəyliyi-Sülhə aparan yol” layihələrinin icrasına başlayıb.
Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni qeydiyyatdan keçmiş Göyçayın Qarayazı, Hacağabəyli və Şəkər kənd məscidi dini icmalarının sədrlərinə sertifikatlar təqdim edilib. İştirakçılar dini sahəyə və dindarlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Tədbirdə dinləyiciləri maraqlandıran suallar cavablandırılıb və layihə çərçivəsində nəşr olunan dini ədəbiyyat paylanılıb.
Xəbər lenti
Hamısına baxDünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49

