/ / Azərbaycan Vyanada gender bərabərliyinin nəzərdən keçirilməsi üzrə ikinci konfransda təmsil olunur
Azərbaycan Vyanada gender bərabərliyinin nəzərdən keçirilməsi üzrə ikinci konfransda təmsil olunur
13.06.2017 [09:56]
İyunun 12-də Vyana şəhərində gender bərabərliyinin nəzərdən keçirilməsi üzrə ikinci konfrans işə başlayıb. Konfransda gender bərabərliyinin təmin edilməsi üzrə rəsmi şəxslər, ekspertlər və vətəndaş cəmiyyəti nümayəndələri iştirak edirlər.
Tədbirdə ölkəmizi Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.
Konfransın keçirilməsində məqsəd ATƏT-in gender bərabərliyi üzrə öhdəliklərinin nəzərdən keçirilməsi və gələcək addımlar üçün təkliflərin müzakirəsidir. Tədbir yüksək səviyyəli panellə başlayıb. Paneli giriş sözü ilə Avstriyanın ailə və gənclər üzrə federal naziri Sofi Karmasin açıb.
Tədbirdə Hicran Hüseynova gender bərabərliyi və qadın hüquqlarının müdafiəsi ilə bağlı çıxış edib. O bildirib ki, 2014-cü ildə baş tutmuş ilk konfransdan keçən dövr ərzində Azərbaycan qadınların statusunun yüksəldilməsi, xüsusilə onların iqtisadi gücünün artırılması istiqamətində mühüm nailiyyətlər əldə edib. Həyata keçirilən tədbirlər nəticəsində qadınlar arasında yoxsulluğun səviyyəsi 49 faizdən 5,9 faizə enib. Bu gün əmək fəaliyyəti ilə məşğul olan qadınların 69 faizi özəl sektorda, 31 faizi isə büdcə təşkilatlarında çalışır. 2016-cı ildə kiçik və orta sahibkarlıq sektorunda qadın sahibkarların payı 4 faizdən 28 faizə yüksəlib. Azərbaycan hökuməti qadınların iqtisadi müstəqilliyini onların siyasi və ictimai həyatda fəal iştirakı və gender bərabərsizliyinin aradan qaldırılması üçün vacib komponent hesab edir. Bu sahədə davamlı inkişafa nail olmaq üçün 2016-cı ilin oktyabr ayında Azərbaycan Prezidentinin Sərəncamı ilə gender məsələləri üzrə bütün QHT-lərin işini birləşdirən Milli Koordinasiya Şurası təsis olunub. Komitə sədr, həmçinin qeyd edib ki, Azərbaycan bütün bu tərəqqiyə ölkəyə qarşı aparılmış hərbi təcavüz fonunda nail ola bilib.
Hicran Hüseynova xüsusilə vurğulayıb ki, Azərbaycanda ilk vitse-prezidentin qadın olması da qadınların cəmiyyətdə nüfuzunun artması, gender bərabərliyi sahəsində uğurların əldə olunması üçün müsbət dəyişikliklərə öz töhfəsini verəcək.
Konfrans ATƏT-in iştirakçı dövlətləri, rəsmi dövlət qurumları, vətəndaş cəmiyyəti təşkilatları və elmi dairələr üçün gender bərabərliyi üzrə ATƏT Fəaliyyət Planının həyata keçirilməsində əldə edilən uğurların müəyyən edilməsinə xidmət edən platformadır. Özünü təsdiqləmiş təcrübələrin mübadiləsi, yeni çağırışlar ətrafında diskussiya və gender bərabərliyi sahəsində mövcud boşluqlar və görülən tədbirlər konfransda aparılan debatların əsas mövzularıdır.
Konfrans iyunun 13-də başa çatacaq.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

