/ / Samirə Quliyeva: Müasir müstəqil Azərbaycanın qurtuluşu və dirçəlişi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır
Samirə Quliyeva: Müasir müstəqil Azərbaycanın qurtuluşu və dirçəlişi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır
13.06.2017 [09:53]
“Müasir müstəqil Azərbaycan tərəqqi yolunda əmin addımlarla irəliləyir. Azərbaycanın sabitlik və təhlükəsizlik adası kimi dayanıqlı inkişafının əsasında duran başlıca amil Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında həyata keçirilən uğurlu daxili və xarici siyasət kursudur”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva deyib. Onun sözlərinə görə, Azərbaycanın ötən müddət ərzində keçdiyi inkişaf yoluna nəzər saldıqda aydın olur ki, milli müstəqilliyimizin və inkişafımızın əsasında məhz Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsi və əbədiyaşar ideyaları dayanır: “1991-ci ildə yenidən müstəqillik əldə etdikdən sonra müxtəlif sosial-iqtisadi, siyasi problemlərlə üzləşən, vətəndaş müharibəsinin astanasında olan Azərbaycanı müstəqilliyini itirmək təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxaran Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı xidmətləri misilsizdir. Məhz gerçək müstəqilliyin əldə edilməsi, ölkəmizin xilası, qurtuluşu və dirçəlişi Onun adı ilə bağlıdır. Bu mənada qeyd edə bilərik ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-də Ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası parlamentinə Sədr seçilməsi ölkəmizin tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycan xaos və anarxiyadan xilas olaraq öz müstəqilliyini qorumağı, inkişaf mərhələsinə qədəm qoymağı bacardı. Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. Bundan başqa, Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının xilaskarı olmasını ölkəmizin müstəqilliyini qoruyub saxlamaqla və yeni inkişaf üfüqləri açmaqla sübut etdi”.
“Əminliklə söyləmək olar ki, milli müstəqilliyimizin və inkişafımızın əsasında Qurtuluş məfkurəsi dayanır”, - deyən Samirə Quliyeva əlavə edib ki, “Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu dövlət quruculuğu siyasətinin fonunda əldə edilən nailiyyətlər milli inkişaf baxımından böyük əhəmiyyətə malikdir. Ulu öndər Heydər Əliyev Azərbaycanı, sözün əsl mənasında, müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi. Müstəqilliyini itirmək, hətta dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə qarşı-qarşıya qalan Azərbaycanın sonrakı illərdə iqtisadi inkişaf, siyasi sabitlik, müstəqil dövlət quruculuğu baxımından böyük uğurlar əldə etməsi məhz fenomenal şəxsiyyət Heydər Əliyevin siyasi dühası, zəngin dövlətçilik təcrübəsi və milli maraqlara söykənən praqmatik fəaliyyəti nəticəsində mümkün oldu”.
“Bu gün Heydər Əliyev ideyaları əsasında inkişaf edən Azərbaycan dünyada söz və nüfuz sahibinə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, məqsədyönlü siyasətin nəticəsidir ki, Azərbaycanın beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir, ölkəmizlə əməkdaşlıq etmək istəyənlərin sayı artır”, - deyə o bildirib.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

