Ölkəmizdə rus dilinin öyrənilməsi və tədrisi üçün hər cür şərait yaradılıb
20.05.2017 [08:12]
Mayın 19-da Bakı Slavyan Universitetində (BSU) “Azərbaycanda rus dili və ədəbiyyatının öyrənilməsi və tədrisinin aktual problemləri: orta və ali məktəblər üçün dərslik komplekslərinin hazırlanması təcrübəsi, problemləri və perspektivləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir “Ruskiy mir” fondunun dəstəyi, BSU-nun və Beynəlxalq Rus Dili və Ədəbiyyatı Müəllimləri Assosiasiyasının birgə təşkilatçılığı ilə reallaşdırılıb.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin universitetin foyesindəki büstünün önünə gül dəstələri qoyublar.
Konfransın moderatoru, BSU-nun prorektoru, professor Telman Cəfərov tədbirə rus dili və ədəbiyyatının öyrənilməsi, bu sahədəki aktual problemlərlə bağlı 88 materialın təqdim olunduğunu deyib.
BSU-nun rektoru, professor Nurlana Əliyeva Azərbaycan ilə Rusiya arasındakı əlaqələrdən danışıb. Bildirilib ki, bu qonşuluq münasibətləri dərin köklərə malikdir. Bu gün Ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev Rusiya ilə əlaqələrimizin inkişafına önəm verir. Ölkəmizdə rus dilinin öyrənilməsi və tədrisi üçün dövlət səviyyəsində hər cür şərait yaradılıb. Rus dili və ədəbiyyatının ölkəmizdə tədrisinin gənc nəsil üçün əhəmiyyətindən danışan rektor regionda rusistikanın məkanı sayılan BSU-da görülən işlər, rusistika sahəsində həyata keçirilən layihələr, elmi tədqiqatlar, müxtəlif təhsil səviyyələrində mütəxəssis hazırlığı barədə məlumat verib. BSU-nun Rusiyanın 25 qabaqcıl universiteti ilə intensiv əlaqə saxladığını diqqətə çatdıran N.Əliyeva vurğulayıb ki, rus dilinin orta və ali məktəblərdə səmərəli tədrisi üçün yeni nəsil dərs vəsaitlərinin hazırlanması günümüzün aktual problemlərindəndir. Konfransda müvafiq mövzu ilə bağlı Azərbaycan, Rusiya, Gürcüstan, Ukrayna və Belarusun 200-dən artıq alimi, metodisti və müəllimi müzakirələr aparacaq.
Plenar iclasda elmi məruzə ilə çıxış edən Beynəlxalq Rus dili və Ədəbiyyatı Assosiasiyasının və Rusiyanın Təhsil Akademiyasının prezidenti xanım Lyudmila Verbitskaya BSU ilə geniş əlaqələrin olduğunu, universitetin son illərdə çox inkişaf etdiyini bildirib. Konfransın əhəmiyyətini xüsusi vurğulayan L.Verbitskaya tədbirdən sonra Azərbaycanda rus dilini öyrənənlərin sayının artacağına ümidvar olduğunu deyib. Alim məruzəsində rus dilinin dərindən öyrənilməsinin yolunun milli dilin mükəmməl bilgisindən keçdiyini diqqətə çatdırıb. O, türk və rus dillərinin əlaqələrindən danışıb, 1938-ci ildə repressiya olunmuş böyük linqvist və şərqşünas alim Yevgeni Polivanovun əvəzsiz xidmətlərini xatırladıb.
Rusiyanın A.Puşkin adına Dövlət Rus Dili İnstitutunun professoru, “Rus dili xaricdə” jurnalının redaktoru İrina Orexova azərbaycanlı alimlərlə daim əməkdaşlıq etməyə hazır olduğunu deyib.
Azərbaycandakı rus icmasının rəhbəri, Milli Məclisin deputatı Mixail Zabelin ölkəmizdə rus dili və ədəbiyyatının tədrisi, rusistika sahəsində görülən işlər barədə məlumat verib. Diqqətə çatdırılıb ki, Azərbaycanın 345 məktəbində rus dili tədris olunur.
Konfrans işini bölmələr üzrə iclaslarla davam etdirib.
Xəbər lenti
Hamısına baxSiyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33

