Amerikanı fəth edən Üzeyir Novruzov Şopinq Festivalı haqqında
02.05.2017 [10:02]
Tanınmış sirk ustası Üzeyir Novruzovu nəinki öz tarixi vətənində, həm də uzaq Amerikada tanıyırlar. Amerikada “Azərbaycanlı Çarli Çaplin” kimi tanınan və sosial şəbəkələrdə @freeladderman kimi populyarlaşan “America’s Got Talent” istedadlar müsabiqəsinin finalçısı Üzeyir 6 metrlik nərdivanda 7 dəqiqə 50 saniyə qalmaqla Ginnesin Rekordlar Kitabına düşüb.
Bu günlərdə isə dünyaca məşhur sirk ustası Bakı Şopinq Festivalının rəsmi saytı olan “bakushopfest.com”-a müsahibə verib. Onun sözlərinə görə, 2017-ci ildə Bakıda ticarət festivalının keçiriləcəyini öyrənəndə sözün yaxşı mənasında təəccüblənib: “Düşünürəm ki, bu, Bakıya dünyanın müxtəlif ölkələrindən turist cəlb etmək üçün əla ideyadır. Turist axını isə ölkə iqtisadiyyatının yüksəlməsi deməkdir”.
Üzeyir Novruzov əmindir ki, Şopinq Festival öz növündə turistlər üçün bir bayramdır. “Əyləncə və konsertlərlə zəngin olan bu bayramda alış-veriş etmək və əlbəttə ki, bizim dadlı Azərbaycan mətbəxindən dadmaq, sonda isə çayxanada çay süfrəsinə qonaq olmaq olar”, - deyə sirk ustası bildirib.
O deyib ki, azərbaycanlı olması ilə fəxr edir və hamıya Azərbaycana səfər etməyi tövsiyə edir: “Hətta dünya üzrə qastrol səfərlərimdən sonra belə hər dəfə Bakıda olanda simasını dəyişən şəhərimizə heyran qalıram. Mən Amerikada Azərbaycan haqqında tez-tez eşitməyə başlamışam. Bakıda olan və ya ora səyahət etməyə hazırlaşan insanlara rast gəlirəm. Onlar bizim füsunkar ölkəmizə səfərləri və xalqımızın qonaqpərvərliyi haqqında böyük heyranlıqla danışırlar. Ola bilsin ki, bu, “Avroviziya”, İlk Avropa Oyunları və “Formula-1” Avropa Qran-prisi kimi irimiqyaslı tədbirlərin keçirilməsi ilə əlaqədardır. Bu cümlələri oxuyan hər kəsə məsləhət görürəm ki, Azərbaycana səfər etsinlər. Əminəm, peşman olmayacaqsınız”, - deyə sənətçi əlavə edib. Ü.Novruzov onu da bildirib ki, növbəti Bakı Şopinq Festivalında iştirak etməyə çalışacaq.
Xəbər lenti
Hamısına baxDünya
10 Sentyabr 23:17
Hadisə
10 Sentyabr 22:45
İqtisadiyyat
10 Sentyabr 22:29
Dünya
10 Sentyabr 21:52
Dünya
10 Sentyabr 21:16
Sosial
10 Sentyabr 20:40
İqtisadiyyat
10 Sentyabr 20:25
Yeni texnologiyalar
10 Sentyabr 19:49
Dünya
10 Sentyabr 19:17
YAP xəbərləri
10 Sentyabr 18:23
Dünya
10 Sentyabr 18:20
YAP xəbərləri
10 Sentyabr 18:19
YAP xəbərləri
10 Sentyabr 18:16
YAP xəbərləri
10 Sentyabr 18:13
Dünya
10 Sentyabr 17:35
Analitik
10 Sentyabr 16:41
Maraqlı
10 Sentyabr 16:40
Dünya
10 Sentyabr 16:19
YAP xəbərləri
10 Sentyabr 15:54
Dünya
10 Sentyabr 15:50
YAP xəbərləri
10 Sentyabr 15:48
YAP xəbərləri
10 Sentyabr 15:45
YAP xəbərləri
10 Sentyabr 15:31
YAP xəbərləri
10 Sentyabr 15:28
Dünya
10 Sentyabr 15:23
Siyasət
10 Sentyabr 15:11
Xəbər lenti
10 Sentyabr 14:39
Sosial
10 Sentyabr 14:37
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:35
Gündəm
10 Sentyabr 14:35
Dünya
10 Sentyabr 14:31
Dünya
10 Sentyabr 14:06
Dünya
10 Sentyabr 13:48
Dünya
10 Sentyabr 13:25
YAP xəbərləri
10 Sentyabr 12:44
Gündəm
10 Sentyabr 12:43
Dünya
10 Sentyabr 12:41
YAP xəbərləri
10 Sentyabr 12:24
YAP xəbərləri
10 Sentyabr 12:20
YAP xəbərləri
10 Sentyabr 12:16
Dünya
10 Sentyabr 12:14
YAP xəbərləri
10 Sentyabr 12:12
Gündəm
10 Sentyabr 12:07
Gündəm
10 Sentyabr 11:36
İqtisadiyyat
10 Sentyabr 11:12
Dünya
10 Sentyabr 11:09
Sosial
10 Sentyabr 11:00
Elm
10 Sentyabr 10:57
Dünya
10 Sentyabr 10:56
Hadisə
10 Sentyabr 10:55
İqtisadiyyat
10 Sentyabr 10:43
İqtisadiyyat
10 Sentyabr 10:25
Analitik
10 Sentyabr 09:52
İqtisadiyyat
10 Sentyabr 09:17
Sosial
10 Sentyabr 08:50
MEDİA
10 Sentyabr 08:38
Sosial
10 Sentyabr 07:05
Dünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16

