/ / Akademik Akif Əlizadə: Elmi institutlar arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var
Akademik Akif Əlizadə: Elmi institutlar arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var
20.12.2016 [10:38]
Dekabrın 19-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Yeni mərhələdə elmi əlaqələrin inkişafı: dialoq və əməkdaşlıq” mövzusunda beynəlxalq elmi seminar işə başlayıb. AMEA-nın və MDB-nin üzvü olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) birgə təşkilatçılığı ilə keçirilən seminarda Rusiya, Estoniya, Türkmənistan, Moldova, Belarus və digər ölkələrin elm adamları iştirak edirlər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə güllər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn seminar iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü naminə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə güllər düzüblər.
Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə dünya ölkələri arasında elmi əlaqələrin inkişafının vacibliyindən, bu münasibətlərin genişləndirilməsi istiqamətində görülən işlərdən danışıb. A.Əlizadə seminarın ictimaiyyətin diqqətini multikulturalizm ideyalarına cəlb etmək və ölkələr arasında humanitar sahədə beynəlxalq əlaqələri gücləndirmək baxımından əhəmiyyətini qeyd edib. AMEA və DHƏF tərəfindən belə bir tədbirin ilk dəfə təşkil olunduğunu söyləyən alim seminarın həm də təbiət, humanitar və ictimai elmlərin öyrənilməsi istiqamətində təcrübə mübadiləsinə böyük imkanlar yaratdığını deyib.
“Yeni mərhələdə elmi əlaqələrin inkişaf perspektivləri və ənənələr: dialoq və əməkdaşlıq” mövzusunda məruzə ilə çıxış edən AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli bildirib ki, seminar bütün elmi-nəzəri əhəmiyyəti ilə müxtəlif dövrləri, fərqli coğrafiyaları təmsil edən elm adamlarının əlaqələrini formalaşdırmağa, yaxınlaşdırmağa və inkişafa xidmət etdiyi üçün multikulturalizm baxımından da böyük əhəmiyyət daşıyır.
Şərqin humanist dəyərləri ilə zəngin olan Azərbaycanın Qərb maarifçiliyi istiqamətində də inkişaf etdiyini deyən İ.Həbibbəyli vurğulayıb ki, respublikamız dialoqa açıq, qarşılıqlı münasibətlərə hörmətlə yanaşan və əməkdaşlıq çərçivəsində digər tərəfin maraqlarını nəzərə alan ölkədir. Azərbaycanda elm və mədəniyyətin inkişaf tarixi barədə məlumat verən akademik Böyük İpək Yolunun üzərində yerləşən ölkəmizdə qədim və orta əsrlərdən başlayaraq bu günədək intensiv mədəni və iqtisadi inkişaf proseslərinin getdiyini diqqətə çatdırıb.
Sonra Estoniya Elmlər Akademiyasının prezidenti, akademik Tarmo Soomere, Türkmənistan Elmlər Akademiyasının (TEA) prezidenti, TEA-nın müxbir üzvü Meret Aşırbayev ölkələrimiz arasında elm sahəsində əlaqələrin genişlənməsindən məmnunluqlarını ifadə ediblər. Diqqətə çatdırılıb ki, müasir dövrün tələbi, innovasiyalar və elmdə əldə olunan nailiyyətlər ölkələrimiz arasında müvafiq istiqamətlərdə əməkdaşlığa daha böyük ehtiyac yaradır. Bu baxımdan elmi dairələr, institutlar arasında qarşılıqlı təcrübə və informasiya mübadiləsi vacib amildir. Natiqlər bildiriblər ki, rəhbərlik etdikləri elmi qurumlar AMEA ilə birgə layihələrin həyata keçirilməsinə və proqramların icrasına maraq göstərir.
Tədbirdə, həmçinin Rusiya Elmlər Akademiyasının A.M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun direktoru, professor Vadim Polonski “MDB xalqlarının ədəbiyyatı və folklorunun tədqiqi sahəsində elmi əməkdaşlığın perspektivləri”, Moldova Elmlər Akademiyasının (MEA) vitse-prezidenti, MEA-nın müxbir üzvü İon Quçak “Beynəlxalq elmi proqramlar çərçivəsində həyata keçirilən elmi-texniki əməkdaşlıq Moldova Respublikasının sabit inkişafının əsaslarından biridir”, Belarus Milli Elmlər Akademiyasının Yanka Kupala adına Ədəbiyyatşünaslıq İnstitutu direktorunun elmi işlər üzrə müavini, dosent Yevgeni Qorodnitski “Ədəbi əsərin öyrənilməsində yeni yanaşmalar” mövzularında məruzələrlə çıxış ediblər. MDB məkanında mədəniyyətlərarası humanitar əməkdaşlığın əhəmiyyətindən danışan natiqlər birlik ölkələrində təhsil, elm və mədəniyyət sahələrində dialoq, qarşılıqlı münasibətlərin inkişafı, müvafiq sahələrdə mövcud əlaqələrin təkmilləşdirilməsi və yeni əməkdaşlıq mexanizmlərinin yaradılması imkanları ilə bağlı fikir mübadiləsi aparıblar.
Seminar dekabrın 20-də başa çatacaq.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 17:59
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42

