Tarif Şurasının son qərarında əhalinin aztəminatlı təbəqəsinin mənafeyi əsas götürülüb
02.12.2016 [09:33]
Diferensial tariflərin tətbiqi nəticəsində əhali sektoru üzrə təbii qaz abonentlərinin 62, elektrik enerjisi abonentlərinin isə 72 faizi ödəmələri köhnə qiymətlərlə həyata keçirəcəklər
Hazırda qlobal miqyasda müşahidə edilən kataklizmlərin fonunda meydana çıxan yeni çağırışlardan biri ondan ibarətdir ki, yaranmış vəziyyətdə milli dövlətlər əhalinin sosial müdafiəsini taleyin ümidinə buraxmamalı, öz siyasətlərində insanların gündəlik həyatı ilə bağlı məsələlərin həllinə daha artıq dərəcədə diqqət yetirməli və daha təsirli tədbirlər görməlidirlər. Bu baxımdan respublikamızda sosial sferada həyata keçirilən genişmiqyaslı tədbirlər diqqətəlayiqdir. Azərbaycan ölkədə qlobal təsirlər nəticəsində yaranan yeni şəraitdə də insanların həyat şəraitinin yaxşılaşmasına yönələn siyasət həyata keçirməklə sosial dövlət olduğunu bir daha təsdiqləyir.
Ölkəmizdə sosial xidmətlərə görə tarif siyasəti vətəndaşların və dövlətin maraqlarının müdafiəsi prinsipi üzərində qurulub
İndiki şəraitdə müxtəlif sosial xidmətlərə görə tarif siyasətinin məqsədəuyğun şəkildə tənzimlənməsi həm əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsi, həm də dövlətin maraqlarının təmin edilməsi baxımından çox önəmlidir. Qeyd etmək yerinə düşər ki, ötən illər ərzində Azərbaycanda sosial xidmətlərə görə tariflərdə radikal artıma heç vaxt yol verilməyib, bu sahədə həyata keçirilən siyasət maksimal şəkildə vətəndaşların sosial durumu ilə uzlaşdırılıb. Ümumiyyətlə, müqayisələr apardıqda aydın şəkildə nəzərə çarpır ki, Azərbaycan hökumətinin sosial xidmətlərə görə tarif siyasəti əhalinin potensial imkanları nəzərə alınmaqla, vətəndaşların və dövlətin maraqlarının müdafiəsi prinsipi üzərində qurulub. Bu baxımdan Tarif Şurasının son qərarı da istisna təşkil etməyib. Qurumun elektrik enerjisi və təbii qazla bağlı noyabrın 28-də qəbul etdiyi yeni tarif tənzimlənməsi barədə qərarında ölkədə aparılan sosialyönümlü siyasət nəzərə alınıb, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədilə bir çox ölkələrin təcrübəsində mövcud olan diferensial tarif yanaşması və optimal qiymətlərin tətbiqi məqsədəuyğun hesab olunub.
Aztəminatlı ailələrin təbii qaz və elektrik enerjisi üzrə ödəmələrində hər hansı artım olmayacaq ki, bu da sosial ədalətin gözlənilməsi deməkdir
Vurğulamaq yerinə düşər ki, diferensiallaşdırma və optimallaşdırma müxtəlif ölkələrdə fərqli prinsiplər əsasında tətbiq olunur. Məsələn, bəzi ölkələrdə qiymətlər həftənin gününə görə, yaxud günün ayrı-ayrı saatlarına görə, bölgələr üzrə və ya istifadə həcminə görə müəyyənləşdirilir. Tarif Şurasının bəhs olunan qərarına əsasən, Azərbaycanda tariflərin diferensiallaşdırılması elektrik enerjisi və təbii qazın istifadə həcmi əsasında həyata keçiriləcək ki, bu da sosial ədalət prinsipinin təmin edilməsi deməkdir.
Qərarda vurğulandığı kimi, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib. Hesablamalara əsasən, əhali abonentlərinin 62 faizinin illik istehlak həcmi 1500 kubmetrdən aşağıdır. Diferensial tariflərin tətbiqi nəticəsində həmin abonentlərin, o cümlədən bu kateqoriyaya aid olan aztəminatlı ailələrin təbii qaz üzrə ödənişlərində artım olmayacaq.
Eyni zamanda, təbii qaz tariflərinin dəyişdirilməsi elektrik enerjisi üzrə tariflərə də yenidən baxılması zərurətini gündəmə gətirib. Elektrik enerjisinin pərakəndə satış tarifi sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb. Aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib. Ölkəmizdə əhali abonentlərinin 72 faizinin aylıq istehlak həcmi 250 kilovat-saatdan az olduğu üçün diferensial tariflərin tətbiqi həmin abonentlərə, o cümlədən bu kateqoriyaya aid olan aztəminatlı ailələrə təsir göstərməyəcək.
Tarif dəyişikliyinin dolayı təsirlərinin kompensasiya edilməsi məqsədilə dövlət büdcəsi hesabına müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub
Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, diferensiallaşma elektrik enerjisi və qazdan adi qaydada istifadə edən sadə vətəndaşlara təsir göstərməyəcək. Diferensiallaşdırmada hər bir vətəndaşın və ailənin elektrik enerjisindən və təbii qazdan istifadə həcminin mövcud tariflərlə istehlak limiti nəzərə alınıb. Mövcud təcrübənin tətbiqi daha çox böyük evləri, obyektləri və s. olan imkanlı təbəqəyə qismən təsir göstərəcək. Həmçinin tarif dəyişikliyinin əhalinin sosial müdafiəyə ehtiyacı olan həssas təbəqələrinin istehlak xərclərinə dolayı təsirlərinin kompensasiyası məqsədilə dövlət büdcəsi hesabına tədbirlərin görülməsi nəzərdə tutulur.
Tariflərin yeni qaydada tənzimlənməsinin iqtisadi səmərəsi də yüksək olacaq
Ekspertlər tariflərin diferensial əsasda tənzimlənməsinin iqtisadi səmərəsinin yüksək olacağını bildirirlər. Vacib məqamlardan biri izafi istehlakın qarşısının alınması ilə bağlıdır. Diferensiallaşdırma elektrik enerjisi və təbii qazın sərfiyatına daha qənaətlə yanaşmanı və izafi istehlakın qarşısının alınmasını stimullaşdıracaq, bu prosesi optimallaşdıracaq.
Məlum olduğu kimi, son illərdə paytaxt Bakıda və bölgələrdə həm təbii qaz, həm də elektrik enerjisi təsərrüfatlarında paylayıcı şəbəkələrin genişləndirilməsi, təchizatın davamlılığının təmin olunması, itkilərin qarşısının alınması üçün böyük həcmdə investisiya qoyulub və xidmətin keyfiyyəti artırılıb. Şübhə yoxdur ki, tariflərin yeni qaydada tənzimlənməsi müvafiq qurumların fəaliyyətinin səmərəliliyinin artmasına müsbət təsir göstərəcək.
Bundan başqa, sənaye müəssisələri üçün elektrik enerjisinin tarifləri daha aşağı səviyyədə müəyyən olunmuşdur ki, bu addım da ölkədə qiymət artımına yol verməmək məqsədi daşıyır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Dünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41

