/ / Bir qrup şəxs ümumtürk mədəniyyəti qarşısında xidmətlərinə görə “Mahmud Kaşğari” medalı ilə təltif edilib
Bir qrup şəxs ümumtürk mədəniyyəti qarşısında xidmətlərinə görə “Mahmud Kaşğari” medalı ilə təltif edilib
26.11.2016 [09:36]
Dünən Beynəlxalq Mətbuat Mərkəzində Mahmud Kaşğari adına Beynəlxalq Fondun yaranmasının 10-cu ildönümü ilə bağlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Fondun sədri Elxan Zal Qaraxanlı qeyd edib ki, türkologiyanın banisi hesab olunan Mahmud Kaşğari dünya ədəbiyyatında türkdilli xalqların ilk ensiklopediyası olan “Divani-lüğətit-türk”ün müəllifi kimi şöhrət qazanıb. O diqqətə çatdırıb ki, Mahmud Kaşğari adına təsis edilən medal türk dünyası qarşısında xidmətlərə görə təqdim olunur. Fondun fəaliyyətindən bəhs edən E.Z.Qaraxanlı diqqətə çatdırıb ki, gələn il rəhbərlik etdiyi Fond, Dünya Türkləri Yazarlar Birliyi və Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə Bakıda Mahmud Kaşğarinin həyat və fəaliyyətinə həsr olunan beynəlxalq konfrans keçirəcək.
Daha sonra türk dünyası qarşısındakı xidmətlərinə görə Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, “Tovuz” Xeyriyyə cəmiyyətinin sədri Musa Süleymanov, şair-yazıçılar Əjdər Ol və İbrahim İlyaslı, həmçinin Türkiyəli yazıçı İmdad Afşar Mahmud Kaşğari adına Beynəlxalq Fondun medalı ilə təltif olunublar.
Çıxış edən Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlı Fondun fəaliyyətini yüksək qiymətləndirərək qeyd edib ki, ensiklopedik şəxsiyyət olan Mahmud Kaşğarinin “Divani-lüğətit-türk” əsəri türkçülük tarixinin öyrənilməsi baxımından önəmli mirasdır. Onun sözlərinə görə, Mahmud Kaşğari adına Beynəlxalq Fond bəhs olunan ensiklopedik şəxsiyyətin irsinin araşdırılması istiqamətində səmərəli fəaliyyət göstərir.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu isə qeyd edib ki, Mahmud Kaşğarinin əsərləri türkologiya elminin əsası, dilimizin yazılı və şifahi abidəsidir: “Azərbaycanın müasir mətbuatı bu dilin keşiyində durub, Azərbaycan türkcəsinin inkişafına öz layiqli töhfəsini verib”.
“Türk dünyasının dilçilik tarixində misilsiz xidmətlər göstərmiş Mahmud Kaşğari tərtib etdiyi ensiklopediyada “Dünya xəritəsi” adlanan bir xəritə verib. Bu xəritədə türklərin yaşadığı bütün ərazilər qeyd olunub. Mahmud Kaşğari bu xəritədə Azərbaycanın da yerləşdiyi coğrafi ərazini göstərib”, - deyə Hikmət Babaoğlu əlavə edib.
Şair Əjdər Ol qeyd edib ki, Mahmud Kaşğari türk dünyasının dilçilik tarixində böyük xidmətləri olmuş şəxsiyyətlərdəndir. Artıq ikinci dəfədir ki, Mahmud Kaşğari adına mükafata layiq görüldüyünü deyən Ə.Ol ilk dəfə 2011-ci ildə Ankarada Türkiyənin Mədəniyyət Nazirliyi, TürkSoy və Avrasiya Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən Mahmud Kaşğari hekayə müsabiqəsinin qalibi olduğunu diqqətə çatdırıb. O, Fondun fəaliyyətini də yüksək qiymətləndirdiyini deyib.
Daha sonra türkiyəli yazıçı İmdad Afşar çıxış edərək M.Kaşğarinin ümumtürk mədəniyyətinin inkişafı üçün böyük xidmətlər göstərdiyini deyib. İ.Afşarın sözlərinə görə, dünya türklərinin öz kökləri ətrafında birləşməsi üçün böyük mütəfəkkirin yaratdığı “Divani-lüğətit-türk” əsəri müstəsna əhəmiyyət kəsb edir.
Daha sonra çıxış edən millət vəkili Aydın Hüseynov və digər natiqlər ümumtürk mədəniyyəti qarşısında müstəsna xidmətlər göstərən şəxslərə təqdim olunan mükafatın əhəmiyyətini diqqətə çatdırıblar.
NURLAN
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

