“Azərbaycan Startup” festivalı yeni biznes ideyalarının yaranmasına dəstək olacaq
26.11.2016 [09:33]
Noyabrın 25-də Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və “ASAN Könüllüləri”nin birgə təşkilatçılığı ilə “Gəncə-2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində Gəncədə “Azərbaycan Startup” festivalının açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, festivalın əsas məqsədi Azərbaycanda startapın inkişafına dəstək vermək, yerli və xarici gənclər arasında fikir mübadiləsini artırmaq, eyni zamanda, startapların yaradılmasını stimullaşdırmaq və startap ekosistemini inkişaf etdirməkdir. On bir ölkədən gənclərin qatıldığı festival çərçivəsində “I Beynəlxalq Startup Akademiyası: Gəncə-2016” layihəsi və Startap Günləri də keçiriləcək.
Tədbir iştirakçıları əvvəlcə “ASAN Könüllüləri”nin əl işlərindən ibarət rəsm sərgisinə baxıblar.
Sonra festivalın açılış mərasimi olub. “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz iştirakçıları salamlayaraq, festivalın məqsədləri barədə ətraflı məlumat verib.
Tədbirdə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru Elçın Zeynalov bildirib ki, “I Beynəlxalq Startup Akademiyası: Gəncə-2016” layihəsi gənclərin asudə vaxtlarını səmərəli keçirməsi, dünyagörüşünün, motivasiyasının artırılması və xüsusən də dövlətçilik dəyərlərinin yüksəldilməsi, iş bacarıqlarnın, psixoloji durumun yaxşılaşdırılması istiqamətində yeni layihədir.
“ASAN Könüllüləri” təşkilatının sədri Bəxtiyar İslamov vurğulayıb ki, “ASAN Könüllüləri” tərəfindən Azərbaycanda ilk dəfədir yerli və əcnəbi gənclərin iştirakı ilə “I Beynəlxalq Startup Akademiyası: Gəncə-2016” layihəsi keçirilir.
Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov isə çıxış edərək layihənin Gəncədə həyata keçirilməsini müsbət qiymətləndirib. O, “Gəncə-2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində həyata keçirilən çoxsaylı yerli və beynəlxalq tədbirlərdən, eləcə də ilin sonunadək reallaşacaq layihələrdən danışıb.
Çıxışlarda festivalın yeni biznes ideyaları yaradacağına əminlik ifadə olunub.
Qeyd edək ki, noyabrın 30-dək davam edəcək akademiyada gənclərə peşəkar münsiflər tərəfindən təlimlər keçiriləcək. Seçilmiş ən uğurlu startap ideyasının qalibi beynəlxalq startap mərkəzlərinin birində təcrübə proqramına göndəriləcək.
Xəbər lenti
Hamısına baxElm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42

