Vətənpərvərliyin ən uca zirvəsində
22.11.2016 [10:07]
“Azərbaycan” qəzetinin şəhid Elgün İsmayılovun xatirəsinə həsr etdiyi ənənəvi yazı müsabiqəsinə yekun vurulub
1990-cı ilin Qanlı Yanvar gecəsindən bu ilin zəfərli aprel əməliyyatlarınadək keçən dövrdə Vətəninin azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda həyatını qurban vermiş igidlərin sırasında “Azərbaycan” qəzetinin əməkdaşı Elgün Dağbəyi oğlu İsmayılovun da adı var. Qəhrəmanlığın və Vətən sevgisinin ən uca zirvəsinə - şəhidlik zirvəsinə yüksəlmiş bu oğullar qəlbimizdə daim yaşayırlar. Onların şərəfli həyat yolu gənc nəslə, xüsusən cəbhə xəttində düşmənlə üz-üzə dayanan, torpaq uğrunda hər an döyüşə atılmağa hazır olan əsgərlərimizə əsl nümunədir.
Şəhid Elgün İsmayılovun xatirəsi isə “Azərbaycan” qəzetinin kollektivi üçün ikiqat əzizdir. Çünki o, bu qəzetdə işlədiyi qısa müddətdə özünü zəhmətsevər, böyük-kiçik yeri bilən, kollektivə qaynayıb-qarışan istiqanlı bir gənc kimi göstərmişdi. 1974-cü ildə Bakıda anadan olan Elgün redaksiyada işə Bakı Politexnik Texnikumunu bitirəndən sonra qəbul edilmişdi. İşdən ayrılmadan Azərbaycan Texniki Universitetində təhsil alırdı. Perspektivli bir gənc idi. O vaxt heç kim bilmirdi ki, onu qarşıda daha şərəfli yol, daha uca zirvə gözləyir.
1993-cü ildə Elgün hərbi xidmətə çağırıldı. Həmin ilin oktyabrında “N” saylı hərbi briqadanın tərkibində cəbhə bölgəsinə - Füzuli rayonuna göndərildi. Horadiz qəsəbəsinin düşməndən azad edilməsi uğrunda döyüşlərdə göstərdiyi şücaətə görə Elgün İsmayılov komandanlıq tərəfindən mükafatlandırıldı.
1994-cü ilin yanvarında hərbi briqada Kəlbəcər bölgəsində, Murov dağında mövqe tutdu. Elgün bu mürəkkəb əməliyyat şəraitində də özünü bacarıqlı və qorxmaz əsgər kimi tanıtdı. Komandanlığın arayışında göstərilir ki, Elgün İsmayılov mürəkkəb relyefə malik Murov dağında bölüyün keçirdiyi 20 əməliyyatdan 16-da iştirak etmişdi. 1994-cü il aprelin axırlarında keçirilmiş hərbi əməliyyatda fərqləndiyinə görə komandanlığın fəxri fərmanına layiq görülmüşdü.
Həmin il mayın 25-dən 26-na keçən gecə Murovun Ömər yüksəkliyində düşmən arxasına keçərək vacib məlumatları gətirmək üçün göndərilən 4 nəfərlik kəşfiyyat dəstəsinin tərkibində Elgün İsmayılov da var idi. Cəsur əsgər həmin əməliyyat zamanı baş verən atışmada həlak olaraq şəhidlik zirvəsinə yüksəldi.
Torpaqlarımızın mənfur ermənilər tərəfindən işğalı ilə barışmayan Elgün İsmayılov ömrünün bahar çağında həyatla vidalaşsa da, adı Azərbaycanın hünər tarixinə düşənlərin sırasına əbədi həkk olundu.
İş yoldaşları Elgün İsmayılovun xatirəsini həmişə əziz tuturlar. Redaksiyanın foyesindəki xatirə lövhəsi təkcə “Azərbaycan” qəzetinin əməkdaşlarına deyil, buraya yolu düşən hər kəsə şəhidin keçdiyi şərəfli ömür yolunu xatırladır. 2003-cü ildən başlayaraq, qəzetdə şəhid Elgün İsmayılovun xatirəsinə həsr edilmiş vətənpərvərlik mövzusunda yazıların müsabiqəsi də keçirilir. Müsabiqəyə hər il noyabrın 16-da - Elgünün doğum günündə yekun vurulur.
Noyabrın 19-da qəzetin əməkdaşları növbəti dəfə Elgünün xatirəsinin işığına toplaşmışdılar. Əvvəlcə İkinci Şəhidlər xiyabanındakı məzarı ziyarət edildi, ruhuna dualar oxundu. Redaksiyada davam etdirilən anım mərasimində “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov Elgünün vətənpərvərliyindən, igidliyindən danışaraq onun, eləcə də bütün şəhidlərin xatirəsinin xalqımız üçün əziz olduğunu vurğuladı.
Şəhidin adına “Azərbaycan” qəzetinin təsis etdiyi müsabiqə barədə söz açan baş redaktor dedi: Bu müsabiqə iki cəhətdən önəmlidir. Əvvəla, bununla redaksiya kollektivi Elgün İsmayılovun xatirəsinə dərin ehtiramını ifadə edir. Digər tərəfdən, qəzetin səhifələrində vətənpərvərlik, milli-mənəvi dəyərlər mövzusunda dərc olunan yazıların sayının və sanbalının artmasına, keyfiyyətinin yüksəlməsinə geniş imkan yaranır. Atəşkəs olsa da, onu tez-tez pozan mənfur qonşularımızla üz-üzə dayandığımız, dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin torpaqlarımızın bir qarışının belə güzəştə gedilməyəcəyini qətiyyətlə bütün dünyaya bəyan etdiyi və Azərbaycan Ordusunun hər an döyüşə atıla biləcəyi indiki məqamda bu mövzunun əhəmiyyəti daha da artır.
Sonra yaradıcılıq müsabiqəsinin yekunları və qaliblər elan edildi. Qəzetin üç əməkdaşı - “Əsl Azərbaycan anası” və “O igidin anası mənəm...” yazılarına görə Flora Sadıqova, “Cəhənnəmdən açılan qapı” və “Şəhid polkovnik” yazılarına görə Akif Əliyev, “Döyüşə tələbələr gedirdi” və “Vətən sizinlə qürur duyur” yazılarına görə Rəşad Baxşəliyev fəxri diplom və pul mükafatları ilə təltif olundular. Müsabiqə qalibləri layiq görüldükləri mükafata görə münsiflər heyətinə minnətdarlıqlarını bildirdilər və bu istiqamətdə yaradıcılıqlarını davam etdirəcəklərini dedilər.
Elgün İsmayılovun atası, Əməkdar jurnalist Dağbəyi İsmayılov şəhid oğlunun xatirəsinə göstərilən ehtirama görə ailəsi adından kollektivə təşəkkürünü bildirdi. Qeyd etdi ki, qəzetdə belə bir müsabiqənin keçirilməsi, vətənpərvərlik mövzusunda yazılara geniş yer verilməsi şəhidlərimizin ruhuna ehtiram əlaməti olmaqla yanaşı, gənc nəsildə döyüş ruhunun yüksəldilməsinə müsbət təsir göstərir.
Xəbər lenti
Hamısına baxDünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41

