Azərbaycanın gələcəyi gənclərlə bağlıdır
18.11.2016 [10:20]
“Açıq söhbət” layihəsi çərçivəsində Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu ilə Nərimanov rayon gənclərinin görüşü keçirilib
Nərimanov rayonu Gənclər və İdman İdarəsinin “Açıq söhbət” layihəsi çərçivəsində dünən Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Hikmət Babaoğlu ilə rayon gənclərinin görüşü keçirilib. Görüşü giriş sözü ilə açan Nərimanov rayonu Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov “Açıq söhbət” layihəsi çərçivəsində ölkəmizin tanınmış ictimai-siyasi xadimləri ilə gənclərin görüşünün təşkil olunduğunu bildirib. Nərimanov rayonu gənclərinin ictimai proseslərdə fəal iştirak etdiyini deyən N.Novruzovun sözlərinə görə, rayon ərazisində xeyli sayda ali, orta ixtisas və orta məktəb fəaliyyət göstərir. O deyib ki, rayon ərazisində bir çox idman strukturu da var ki, gənclər bu imkanlardan da səmərəli istifadə edirlər. Layihənin növbəti qonağı olan millət vəkili Hikmət Babaoğlunun tərcümeyi-halı və fəaliyyəti haqqında məlumat verən idarə rəisi qeyd edib ki, belə görüşlərin gənclərin dünyagörüşünün formalaşmasına, düşüncə tərzinə və inkişafına müsbət təsiri olur.
Görüşdə çıxış edən Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Hikmət Babaoğlu bu layihənin əhəmiyyətli olduğunu vurğulayıb. Azərbaycan xalqının qədim dövlətçilik tarixinə sahib olduğunu deyən Hikmət Babaoğlu bildirib ki, dövlət xalqların siyasi təşkilatlanma formasıdır: “Bu təşkilatlanmanın əsas şərtlərindən biri isə liderin olmasıdır. Bu baxımdan, Azərbaycan xalqı böyük liderlər yetişdirib. XX əsrdə isə məhz Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev müstəqil dövlətimizi qurdu”.
Ümummilli liderimiz Heydər Əliyevin müstəqil dövlətimizi sarsılmaz təməllər üzərində qurduğunu deyən millət vəkili 1992-ci ilin noyabrında yaradılan Yeni Azərbaycan Partiyasının müstəqil dövlətimizin inkişafında və möhkəmlənməsindəki mühüm rolu haqqında da fikirlərini bildirib.
Çıxışına davam edən Hikmət Babaoğlu Azərbaycanın gələcəyinin gənclərlə bağlı olduğunu qeyd edib: “Məhz buna görə də Ulu öndərimiz Heydər Əliyev gəncləri Azərbaycanın gələcəyi adlandırırdı. Bugünkü müstəqilliyimizin qorunub inkişaf etdirilməsi məsələsində də gənclərin üzərinə böyük məsuliyyət düşür. Prezidentimiz İlham Əliyev də çıxışlarında gənclərə inandığını vurğulayıb. Çünki hər bir xalq üçün müstəqillik ən böyük nemətdir. Ümumiyyətlə, bəşəriyyət tarixi xalqların mübarizə tarixidir. Azərbaycan xalqının dövlətçilik tarixi beş min ilə qədər gedib çıxır. Amma elə xalqlar var ki, həm dövlətləri, həm özləri dünyadan siliniblər. Amma bizim xalqımız çətin mübarizələrdən keçərək öz dövlətçiliyini qoruyub saxlaya bilib”.
Bu gün dünyada mürəkkəb proseslərin baş verdiyini deyən millət vəkili Hikmət Babaoğlunun sözlərinə görə, imperialist güclər milli dövlətləri məhv edir və onların dəyərlərini sıradan çıxarırlar: “Həmin xalqların milli sərvətləri də talanır, tarixləri, mədəniyyətləri məhv edilir. Ona görə də bugünkü Azərbaycan gəncliyi ayıq-sayıq olmalıdır. Partiyamızın Sədri, Prezidentimiz İlham Əliyevin gənclərə əsas tövsiyəsi də bundan ibarətdir. Çox sevindirici haldır ki, xalqımız bu gün azərbaycançılıq ideologiyası ətrafında sıx birləşib”.
Millət vəkili bildirib ki, Azərbaycanın sürətli inkişafı, ölkəmizin ictimai həyatının bütün sahələrində əldə etdiyi nailiyyətlər dövlət gənclər siyasətindən də yan keçməyib: “Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət nəticəsində Azərbaycan gəncliyi yüksək inkişaf mərhələsini yaşayır. Ulu öndərin müəyyənləşdirdiyi gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət, eyni zamanda, müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq mahiyyət və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Həmin siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir. Son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib. Bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Eyni zamanda, son bir neçə il ərzində bilavasitə gənclərlə bağlı xeyli sayda normativ sənədin qəbul olunması ölkəmizdə gənclərlə iş sahəsində, gənclərin sosial-iqtisadi inkişafına yönəldilmiş mükəmməl qanunvericilik bazasının formalaşdırılmasından xəbər verir. Prezident İlham Əliyev tərəfindən ölkədə həyata keçirilən gənclər siyasəti gənclərin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin etməkdədir. Yeni mərhələdə dövlət başçısı tərəfindən gerçəkləşdirilən siyasət ən müxtəlif sahələri əhatə etməklə geniş spektrlidir. Belə ki, bu siyasət gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində bu gün Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və s. sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim əsas tutur, çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində yaxından iştirak edir. Məhz Prezident İlham Əliyevin böyük əməyi və səyi nəticəsində Azərbaycan gəncliyi artıq cəmiyyətin inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə çevrilib. Bu, ondan irəli gəlir ki, cənab Prezident gənclərə malik olduqları bilik və bacarıqları, potensialları müqabilində bütün sahələrdə geniş meydan verməyin tərəfdarıdır və bunun təmin edilməsi üçün diqqət və qayğısını əsirgəmir”.
Daha sonra Hikmət Babaoğlu gəncləri maraqlandıran sualları cavablandırıb, görüş diskussiya şəklində davam edib. Sonda Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğluna “Nərimanov rayon gənclərinin dostu” diplomunu təqdim edib.
Nardar
Xəbər lenti
Hamısına baxAnalitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29

