Bakı Dövlət Universitetinin rektoru Rusiya Elmlər Akademiyasının həqiqi üzvü seçilib
01.11.2016 [09:49]
Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov bu il keçirilmiş seçkilərdə dünyanın ən nüfuzlu elmi qurumlarından biri olan Rusiya Elmlər Akademiyasının həqiqi üzvü seçilib.
AZƏRTAC “indicator.ru” saytına istinadən xəbər verir ki, oktyabrın 28-də Rusiya Elmlər Akademiyasının ümumi iclasında 2400 namizədin iştirak etdiyi və üç mərhələdən ibarət keçirilmiş seçkilərin nəticələri təsdiqlənib, Rusiya Elmlər Akademiyasına üzv seçilən beynəlxalq səviyyədə tanınmış 63 xarici alimin adı açıqlanıb. Bu siyahıda ABŞ, İngiltərə, Yaponiya, Çin, Almaniya, İsrail, Norveç kimi ölkələrdən ən məşhur alimlərin, o cümlədən 7 Nobel mükafatçısının da adı var. Dünya şöhrətli fransız Sovaj Jan Pyer, çinli Xuan Vey, israilli Şextman Dan, amerikalı Henri Kissencer, Rodjer Kornberq, Martinus Veltman, Kennet Cozef Errou kimi elm nəhənglərinin sırasında BDU-nun rektoru Abel Məhərrəmovun adı da yer alıb.
Orta məktəbi qızıl medalla başa vuran Abel Məhərrəmov 1971-ci ildə BDU-nun kimya fakültəsini bitirib. 1973-cü ildə Moskva Dövlət Universitetinin aspiranturasına daxil olub və 1976-cı ildə namizədlik, 1991-ci ildə doktorluq dissertasiyaları müdafiə edib. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə həqiqi üzvü seçilib. Rəhbərliyi altında 60 nəfərədək alim doktorluq və namizədlik dissertasiyası müdafiə edib. Əməkdar Elm Xadimi olan A.Məhərrəmov 54 ixtira, 19 monoqrafiya, 51 dərslik və dərs vəsaitinin, o cümlədən 1000-dən artıq məqalə və tezisin müəllifidir. Alimin Tomson Reyter agentliyinin siyahısına daxil olan jurnallarda məqalələrinin sayı 234, onun işinə olan istinadların sayı 707, “H” indeksi üzrə göstəricisi 15-dir ki, bu da ölkə üzrə ən yüksək elmi göstəricilərdən biridir. Akademik Abel Məhərrəmov dünyanın bir çox qabaqcıl universitetlərinin Fəxri doktoru, o cümlədən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fəxri professoru, Gürcüstan Milli Elmlər Akademiyasının həqiqi üzvü, bir neçə beynəlxalq təşkilatın, o cümlədən ECO-nun və ISESCO-nun elm üzrə mükafatçısıdır.
Xəbər lenti
Hamısına baxİdman
15 İyul 12:51
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Siyasət
14 İyul 17:27
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18

