/ / Şahid ifadəsi: “Taleh Bağırov dövlət çevrilişi etmək, silahlanmaq, dini dövlət qurulması haqqında çıxışlar edirdi”
Şahid ifadəsi: “Taleh Bağırov dövlət çevrilişi etmək, silahlanmaq, dini dövlət qurulması haqqında çıxışlar edirdi”
27.10.2016 [09:49]
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, prosesdə şahid qismində Nardaran sakini Valeh Abbasov ifadə verib.
Sonra onun ibtidai istintaq zamanı verdiyi ifadə elan edilib. O, ifadəsində bildirib ki, T.Bağırovun Nardaranda Əbülfəz Bünyatovun evində qonaq olmasını, orada gündə iki dəfə yemək verilməsini eşidib həmin evə gedib. T.Bağırovu ilk dəfə orada görüb. T.Bağırov dini mövzulardan başqa, Azərbaycanda dövlət çevrilişi etmək, silahlanmaq, dini dövlət qurulması haqqında çıxışlar edib: “Mən başa düşdüm ki, onların fikri dövlət çevrilişi etməkdir, oradan uzaqlaşdım”.
Sonra iclasda ifadə verən Maştağa sakini Bəxtiyar Aşurov deyib ki, yolda gedəndə polislər onu saxlayıb ifadə almağa aparıblar.
Onun da ibtidai istintaqa verdiyi ifadə elan edilib. O, ifadəsində deyib ki, Hacı Baxış məscidində Taleh Bağırovun dövlətə qarşı çıxışlar etməsinin şahidi olub.
Prosesdə ifadə verən şahid Samir Babayev isə ötən il noyabrın 5-də Elçin Qasımovun həbsinin səbəbini öyrənmək üçün Sabunçu rayon Polis İdarəsinin qarşısına getdiklərini, orada saxlanılaraq bir gündən sonra sərbəst buraxıldığını deyib.
Prosesdə fasilə elan edilib.
Günün ikinci yarısında davam etdirilən prosesdə şahid qismində İlqar Atakişiyev ifadə verib.
O, Fuad Qəhrəmanlını sosial şəbəkədən tanıdığını deyib. O, F.Qəhrəmanlının yazdığı statuslara rəy yazdığını bildirib.
İ.Atakişiyev ibtidai istintaqa ifadəsində isə bildirib ki, Fuad Qəhrəmanlının “facebook” sosial şəbəkəsində olan şəxsi səhifəsində sonuncu tərəfindən yazılan çıxışa bəyənmə işarəsi edib. Məqsədi isə Fuad Qəhrəmanlını dəstəkləmək olmayıb. Fuad Qəhrəmanlı ilə həyatda və sosial şəbəkələrdə heç bir şəxsi və uzaq tanışlığının olmadığını qeyd edən İ.Atakişiyev sonuncunu mediada və sosial şəbəkədə şəkillərini və yazılarını görərək tanıdığını bildirib. O, Fuad Qəhrəmanlının siyasi fikirlərini bəyənmədiyini deyib, bunu Fuad Qəhrəmanlının xalqı mitinqlərə, aksiyalara, nizam-intizamsızlığa, iğtişaşlara, hakimiyyəti güc yolu ilə dəyişməyə çağırışları ilə izah edib. İfadəsində onu da bildirib ki, hətta son zamanlar F.Qəhrəmanlının fikirlərinin tam əleyhinə gedərək öz-özlüyündə sonuncunun xalqı çaşdırmağına, gənclərə pis nümunə olaraq onları vətəndaş davasına, dini nifrət və dinlər arasında təfriqə və düşmənçilik yaratmasına etirazını bildirərək bu kimi şəxslərin xalqın və millətin gənclərini, vətəndaşlarını yanlış fikirləri ilə çaşdıraraq uçuruma aparmasını yəqin edib.
Proses oktyabrın 28-də davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41

