Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Mübariz Qurbanlı: Qafqaz Müsəlmanları İdarəsi ilə aramızı vurmaq istəyirlər

Mübariz Qurbanlı: Qafqaz Müsəlmanları İdarəsi ilə aramızı vurmaq istəyirlər

11.10.2016 [10:18]

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı dini sahədə yazan bəzi jurnalistlərə irad bildirib.
M.Qurbanlı APA-nın əməkdaşına deyib ki, dünən şoudan yazan bəzi jurnalistlər bu gün dindən yazır. Məhərrəmlik ayı ilə bağlı bəzi yazılara irad tutan komitə sədri qeyd edib ki, jurnalistlər çox şeyi qarışdırır: “Azərbaycanda suyu bulandırıb balıq tutmaq istəyirlər, amma bu, mümkün deyil. Bilsinlər ki, burada balıq tutmaq üçün bulanıq su yoxdur. Qafqaz Müsəlmanları İdarəsi ilə aramızı vurmaq istəyirlər. Jurnalistlər yazmadan əvvəl din sahəsini öyrənməlidirlər. Eyni zamanda idmandan, şoudan, kənd təsərrüfatından, dindən yazmaq olmaz. İxtisaslaşmayan jurnalist dini bilmir, ağzına gələni yazır. Adama deyərlər, nə istəyirsən?! Biz istəyirik ki, kimsə hansısa adla ölkəmizdəki ictimai-siyasi sabitliyi, əmin-amanlığı pozmasın. Azərbaycan xalqının dininə, inancına hamımız hörmət edirik. Hamımız dinimizə bağlı adamlarıq”.

Paylaş:
Baxılıb: 721 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30