Milli mənəvi dəyərlərin qorunmasında sosial mediadan düzgün şəkildə istifadə etmək zəruridir
07.10.2016 [10:06]
Oktyabrın 6-da Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Məlahət İbrahimqızının təşkilatçılığı, ictimaiyyətin müxtəlif təbəqələrini təmsil edən bir qrup ziyalının iştirakı ilə dövlət atributlarına, milli mənəvi dəyərlərə, türk, İslam mənəviyyatına, əxlaqına zidd olan təhqiramiz yazı və verilişlərin yayılmasına etiraz olaraq mətbuat konfransı keçirilib.
Məlahət İbrahimqızı qeyd edib ki, hər bir xalqın milli mənəvi dəyərləri onun yüz illər boyu formalaşdıraraq nəsildən-nəslə ötürdüyü və milli azadlığının qorunmasına, milli özünüdərkin inkişafına xidmət edən ən qiymətli sərvətidir.
Bildirilib ki, təməli XX əsrin 70-ci illərində Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli özünüdərk, onun tərkib hissəsi kimi milli mənəvi, mədəni dəyərlərə qayıdış prosesi bu gün Prezident İlham Əliyev tərəfindən yeni və daha zəngin məzmunda inkişaf etdirilir. Çox təəssüf ki, son dövrlər bəzi KİV-lər, xüsusilə internet üzərindən yayımlanan KİV-lər və sosial media ölkəmizdə yaradılmış demokratiyanın, bazar iqtisadiyyatının imkanlarından sui-istifadə edərək dövlətimizin atributlarına, milli mənəvi dəyərlərimizə, türk və İslam mənəviyyatına, əxlaqına zidd olan təhqiramiz yazılar, verilişlər yayımlayır. Sözsüz ki, mətbuatın cəmiyyətdə tənqid, rəy, təhlil, mübarizə, sağlam rəqabət məkanı olması reallığını bu gün hər kəs dərk edir. Bu məkandan və silahdan necə istifadə olunması isə onu idarə edənlərin peşəkarlığından, əxlaqından, mənəvi yetkinliyindən və milli təəssübkeşliyindən asılıdır. Təəssüf ki, bu gün hər birimizin evinin “qonağı” olan bəzi televiziyalarda, xüsusilə də internet mətbuatında tamaşaçılara yalnız zövqsüzlük və mənəviyyatsızlıq aşılanır. Ona görə də dövrümüzdə mətbuatın ən kəsərli ideoloji silah və məkan olduğunu unudan bir qrup sosial media və internet televiziyaların fəaliyyətinin qanunvericiliklə tənzimlənməsinə çox böyük ehtiyac var.
“Biz ictimaiyyətin müxtəlif təbəqələrini təmsil edən bir qrup ziyalı bu gün imzaladığımız müraciətlə mətbuatın bütün təmsilçilərini milli mənəvi dəyərlərimizə, şərəf və ləyaqətin toxunulmazlığı prinsipinin aliliyinə hörmət etməyə çağırır və Azərbaycan parlamentindən internet televiziya, sosial media haqqında tezliklə müvafiq qanun qəbul olunmasını xahiş edirik. Azərbaycanın görkəmli ictimai, siyasi, elm, incəsənət, mədəniyyət xadimlərini, deputatlarını, ziyalılarımızı, milli mənəviyyatımızın gələcəyinə biganə olmayan hər kəsi bu kampaniyaya qoşulmağa çağırırıq”, - deyə Məlahət İbrahimqızı qeyd edib.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekan əvəzi, professor Cahangir Məmmədli deyib ki, milli mənəvi dəyərlərin qorunmasından söhbət gedirsə, etik normalara mütləq əməl edilməlidir. Etik normalar insanın vicdanına bağlıdır. Təəssüf ki, hər adam buna əməl etmir.
Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli bildirib ki, sözügedən problem çox ciddidir, bu istiqamətdə əməli addımlar atılmalıdır. Burada irəli sürülən təkliflər nəzərə alınmalı və qanun layihəsi şəklində Milli Məclisə təqdim olunmalıdır. Sosial şəbəkələr və internet medianın yaratdığı problemlər həm Azərbaycanda, həm də dünyada narahatlıq doğurur. 2013-cü ildə Mətbuat Şurasının tərkibində onlayn medianı tənzimləyən komissiya yaradılıb. 2015-ci ildə onlayn mediadakı xəbərlərə görə Şuraya 600 şikayət daxil olub. Ancaq Şura sosial şəbəkələrdəki fikirləri müzakirə etmir. Sosial şəbəkələrdə əksər hallarda milli mənəvi dəyərlər tapdalanır, insan haqları pozulur, həm də insanların şəxsi həyatı ilə bağlı sirlər yayılır.
Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axundova informasiya ombudsmanı yaradılması təklifi ilə çıxış edib. Bildirib ki, Mətbuat Şurasına da internet media ilə bağlı ciddi səlahiyyətlər verilməlidir. Təhqir, şər, böhtan yolverilməzdir. İnsanlar bu məsələdə diqqətli olmalıdırlar.
Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev insanın şərəf və ləyaqətinin təhqir olunmasına görə dünyada cərimələrin tətbiq olunması ilə bağlı praktikanın olduğunu söyləyib. O deyib ki, heç kimin başqasını təhqir etməyə ixtiyarı yoxdur. Məsuliyyətli olmaq lazımdır. “Fransada Məhəmməd peyğəmbər təhqir olunanda biz bunun əleyhinə çıxdıq. Onlar da dedilər ki, bu, söz azadlığıdır. Bəs onda nəyə görə, qondarma “erməni soyqırımı”nı tanımayan şəxsə cərimə tətbiq olunması barədə qanun qəbul olunur? Budurmu söz azadlığı? Bu, ikili standartdır”, - deyə Ç.Abdullayev qeyd edib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

