Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / İstehsalçılardan qəbul olunan buğdanın bir tonunun qiyməti 280 manatadək artırılıb

İstehsalçılardan qəbul olunan buğdanın bir tonunun qiyməti 280 manatadək artırılıb

15.09.2016 [10:15]

Xəbər verdiyimiz kimi, iyunun 21-dən etibarən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyi 2016-cı ildə ölkədə istehsal olunmuş yüksək keyfiyyətli buğdanın Dövlət Taxıl Fondu üçün tədarükünü elan edib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hazırda buğda istehsalçılarından qəbul olunan yüksək keyfiyyətli buğdanın qiyməti bir ton üçün 270 manatdan 280 manata qaldırılıb. FHN bir daha xatırladır ki, buğdanın tədarükü 2016-cı il noyabrın 1-dək davam edəcək.
Əlavə məlumat almaq üçün Fövqəladə Hallar Nazirliyinin saytına (www.fhn.gov.az), 012-512-50-25 və 070-271-71-33 telefon nömrələrinə, habelə “112” qaynar xəttinə müraciət etmək olar.

Paylaş:
Baxılıb: 567 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Sosial

Sosial

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30