“Sirlər xəzinəsi” layihəsi uğurla yekunlaşıb
17.08.2016 [16:14]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Gənclərin Maariflənməsinə Dəstək” İctimai Birliyi tərəfindən həyata keçirilən “Sirlər xəzinəsi” layihəsi uğurla başa çatıb. “Sirlər xəzinəsi” layihəsinin məqsədi gənclər arasında komanda ruhunun yaradılması, fikir və təcrübə mübadiləsinin aparılması və onların qeyri-formal şəraitdə yaradıcı düşünmək bacarığının inkişaf etdirilməsidir.
Əsası “Kod da Vinçi” intellektual oyunu üzərində qurulmuş “Sirlər xəzinəsi” layihəsi Şəki şəhərinin qədim və tarixi yerlərini gənclərə tanıtmaqla yanaşı, onların hər bir məkana olan maraq və diqqətini artıraraq, gənclərin ətraflı şəkildə məlumatlanmasını təmin edib. Layihə çərçivəsində təşkil olunan “Kod da Vinçi” oyunu Şəki Xan Sarayı, Karvansaray və digər tarixi abidələr, burada aparılan tədqiqatlar əsasında tərtib olunub və iştirakçı gənclərin Şəkinin tarixi və mədəniyyəti haqqında daha çox bilik əldə etməsinə səbəb olub.
May-iyul aylarında baş tutmuş “Sirlər xəzinəsi” layihəsi maraqla qarşılanıb, ətrafında Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şəki şəhərlərindən olan aktiv gəncləri toplamağı bacarıb. Layihə çərçivəsində öncə adı çəkilən regionlarda gənclərin iştirakı ilə layihənin təqdimatı keçirilib. Burada təşkil olunan ekspert görüşlərində hər regiondan 30-dan artıq gənc iştirak edib və layihənin növbəti mərhələsinə keçid alacaq ən aktiv gənclər seçilib.
Layihənin növbəti mərhələsində Şəki şəhərinin qədim məkanlarını əhatə edən “Kod da Vinçi” intellektual oyunu təşkil olunub. Səkkiz mərhələdən ibarət olan oyunda ümumilikdə altı komandada birləşən 50 nəfər gənc iştirak edib. Komandalar müxtəlif şəraitlərdə oyunun hər mərhələsinin “açar”larını tapmağa çalışıblar. “Açar”ları digər komandalara nisbətən daha tez tapan komanda qalib gəlib.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05

