III Beynəlxalq multikulturalizm məktəbinin iştirakçıları Oğuzda
26.07.2016 [09:48]
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı III Beynəlxalq multikulturalizm məktəbi proqrama əsasən iyulun 24-də Qəbələdə öz işini davam etdirib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, Rus Pravoslav kilsəsinin Bakı-Azərbaycan Yeparxiyasından keşiş Konstantin Ata, Böyük Britaniya yəhudi icmasının rəhbəri Lourens Brassın iştirakı ilə BBMM-in analitika şöbəsinin müdiri Nəriman Qasımoğlu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli “Azərbaycanda dini müxtəliflik” mövzusunda mühazirə oxuyublar.
Mühazirədə Azərbaycan ərazisində qədim zamanlardan bəri müxtəlif dini etiqadların təşəkkül tapdığı vurğulanıb: “Azərbaycan ərazisində dini təsəvvür və əqidələr ən qədim zamanlardan mövcuddur. Qədim azərbaycanlılar arasında əcdadların ruhlarına, qayalara, ağaclara, müxtəlif təbiət hadisələrinə və xüsusən də səma cisimlərinə pərəstiş güclü olub. Atəşpərəstlik də bu təsəvvürlərlə bağlı inanclar zəminində meydana çıxıb. Oda pərəstiş, xüsusilə, Cənubi Azərbaycanda geniş vüsət almışdı. Atropatenanın əsas şəhərlərində böyük atəşgahlar var idi”.
Azərbaycanda geniş yayılmış dinlərdən biri də Zərdüştilik olub. Zərdüştilik vəhy dinlərinin ən qədimi hesab olunur. Qədim yunan və orta əsr müsəlman tarixçiləri, həmçinin bir çox sonrakı tədqiqatçılar Azərbaycanı Zərdüştiliyin vətəni hesab edirlər.
Azərbaycan tarixində özünəməxsus yeri olan dinlərdən biri də İudaizmdir. Ölkəmizdə üç yəhudi icması mövcuddur: dağ yəhudiləri, Avropa yəhudiləri və gürcü yəhudiləri. Bunlardan ən qədimi dağ yəhudiləri sayılır. Onların Azərbaycana gəlmə tarixi mübahisəlidir. Alban tarixçisi Musa Kalankatuklunun fikrincə, dağ yəhudiləri ölkəmizə eradan əvvəl I əsrdə gəliblər. Digər məlumata görə isə, onlar buraya Sasani hökmdarı I Xosrov Nuşirəvan (531-579) tərəfindən köçürülüblər. Avropa və gürcü yəhudiləri isə, Azərbaycana təxminən 200 il əvvəl XIX əsrdə gəlməyə başlayıblar.
Azərbaycanda xristianlıq yeni eranın ilk əsrlərində yayılmağa başlayıb. Qafqaz Albaniyasında xristianlığı ilk dəfə yayan apostol Faddey olub. Onun missiyasını sonra şagirdi Yelisey davam etdirib. Yelisey Aqvanın Qis adlı yerində (Şəkinin Kiş kəndi) Qafqazın ilk xristian məbədini inşa etdirib. Qaynaqlarda bu məbəd “Şərq kilsələrinin anası” adlandırılır. IV əsrdən başlayaraq Qafqaz Albaniyasında Xristianlığın yayılması yeni mərhələyə qədəm qoyub. 313-cü ildə Roma imperatoru Konstantin Xristianlığa etiqad üzərindən qadağanı götürdükdən sonra Alban hökmdarı Urnayr Xristianlığı dövlət dini elan edib. VII əsrdə ərəblərin Azərbaycana gəlişindən və Qafqaz Alban dövlətinin süqutundan sonra Xristianlıq bölgədə zəifləməyə başlayıb.
Ərəblərin ölkəyə gətirdiyi yeni monoteist din - İslam xalqımızın milli-mənəvi tarixində və mədəniyyətində əhəmiyyətli rol oynayıb.
Azərbaycanda İslamın yayılması bir neçə mərhələdən keçib. Birinci mərhələ VII əsrin ortalarından VIII əsrin əvvəllərinədək davam edən islam fəthləri dövrünü əhatə edir. İslamın yayılmasının ikinci mərhələsi VIII əsrin əvvəllərindən başlayır və Qərbi İranda, İraqda Büveyhilərin hakimiyyətə gəlməsi ilə bitir. Bu dövrdə İslam ölkədə əsas dinə çevrilir. Azərbaycanda islamlaşmanın üçüncü mərhələsində ölkə ərazisində sünni (Hənəfi) və şiə (İmami) məzhəbləri aparıcı dini cərəyanlara çevrilirlər. Azərbaycanın islamlaşmasının dördüncü mərhələsi Səlcuqilər dövrünü əhatə edir. Bu dövrdə sünnilik bölgədə hakim məzhəb olub, şiəlik isə zəifləyib. Həmin dövrdə sufi təriqətləri özlərinə xeyli tərəfdar toplayaraq ölkədə geniş yayılıblar. Ölkə ərazisində İslamlaşmanın beşinci mərhələsi isə XIII əsrin I yarısından XV əsrin II yarısınadək olan dövrü əhatə edir. Göstərilən müddətdə sufi cərəyanları əhali arasında böyük nüfuz qazanıb, müxtəlif sufi təriqətləri geniş yayılıb.
1501-ci ildə Səfəvi sülaləsinin hakimiyyətə gəlməsi ilə Azərbaycanın islamlaşması prosesi tamamilə yeni mərhələyə qədəm qoyub. Səfəvilər Osmanlı imperiyasından fərqli olaraq, şiəliyə etiqad edirdilər və başlarına 12 imamın şərəfinə 12 qırmızı zolaqlı əmmamə bağlayırdılar. Bu səbəbdən onlara “qızılbaşlar” deyirdilər.
XIX əsrdə Şimali Azərbaycanın Rusiya tərəfindən işğalından sonra ölkənin dini mənzərəsində böyük dəyişikliklər baş verib. Pravoslavların, katoliklərin, müxtəlif protestant məzhəblərin, Rus Pravoslav Kilsəsindən qopmuş sektant qrupların regiona gəlməsi məhz bu dövrə təsadüf edib. Rus çarizminin yeritdiyi “köçürtmə siyasəti” nəticəsində, bölgədə pravoslavlıq yayılmağa başlayıb, çar hakimiyyəti tərəfindən təqib edilən sektant xristian qruplar (molokanlar, duxoboretslər, roskolniklər) I Nikolayın fərmanına əsasən, Azərbaycanın ən səfalı guşələrində yerləşdiriliblər. 1920-ci ildə Azərbaycanda sovet çevrilişindən sonra ölkədə bütün dinlər təqib olunmağa başlanıb, bir çox məscidlər, sinaqoqlar, kilsələr bağlanıb və yaxud dağıdılıb, din xadimləri və ruhanilər isə ya güllələnib, ya da sürgünə göndərilib.
SSRİ dağıldıqdan sonra Azərbaycan din sahəsində yeni mərhələyə qədəm qoyub. Ölkədə dinin təbliğinə və yayılmasına şərait yaradılıb, bütün dinlərin və etiqadların qanun qarşısında bərabərliyi Konstitusiyada təsbit olunub. Ulu öndər Heydər Əliyevin Prezidentliyi dövründə bir çox dini-tarixi abidələr bərpa olunub, dini maarifçilik işinə diqqət artırılıb. Bu iş hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinə əsasən, hər bir şəxs vicdan azadlığı hüququna malikdir: “Konstitusiyanın 18-ci maddəsinin 1-3 bəndlərində göstərilir ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır, bütün dini etiqadlar qanun qarşısında bərabərdir, insan şəxsiyyətini alçaldan, insanlıq prinsiplərinə zidd olan dinləri yaymaq və təbliğ etmək qadağandır”. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu hər bir şəxsin dinə münasibətini müəyyənləşdirmək və ifadə etmək hüququna və həmin hüququ həyata keçirməyə təminat yaradır.
Müsəlman, xristian və yəhudi din nümayəndələri iştirakçıların onlara ünvanladıqları sualları cavablandırıblar.
Günün ikinci yarısında tələbələr Oğuz rayonuna səfər ediblər, “Yəhudi məhəlləsi”ndə olublar, Yuxarı və Aşağı məhəllə sinaqoqlarını ziyarət ediblər.
Lourens Brass Yuxarı Məhəllə sinaqoqunda çıxış edərək Azərbaycandakı tolerant mühit haqqında danışıb: “Burada sinaqoqları gəzərkən müsəlmanların yəhudiləri “Şalom” deyə salamladıqlarını, Şabat münasibətilə təbrik etdiklərinin şahidi oldum. Multikulturallıq və tolerantlıq ənənələrinin bərqərar olduğu bu ölkədə olmağımdan çox şadam. Azərbaycan öz tolerantlığı ilə bütün dünyaya nümunə olacaq ölkədir. Siz öz tolerantlığınıza görə öz ölkənizlə fəxr etməlisiniz. Bu yay məktəbinin iştirakçılarına tövsiyə edirəm ki, öz ölkələrinə dönərkən Azərbaycandakı tolerant mühit haqqında danışsınlar”.
Günün sonunda Azərbaycan multikulturalizmi modelini öyrənən tələbələr milli çay süfrəsi ətrafında “Təşəkkürlər Qəbələ” adlı mədəni proqramla yay məktəbinin fəaliyyət göstərdiyi regiona minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, III Beynəlxalq multikulturalizm məktəbi növbəti günlərdə fəaliyyətini proqrama uyğun olaraq Bakıda davam etdirəcək.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 12:38
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Gündəm
14 İyul 11:13
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23

