BANM-in tələbələri “Neft Daşları”nda təcrübədə
21.07.2016 [09:28]
Bakı Ali Neft Məktəbinin (BANM) neft-qaz mühəndisliyi üzrə ikinci, üçüncü və dördüncü kurslarda təhsil alan 25 tələbəsi tədris ilində əldə etdikləri nəzəri biliklərinin zənginləşdirilməsi məqsədilə “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” neft və qazçıxarma idarəsində (“Neft Daşları” NQÇİ) tanışlıq və istehsalat təcrübəsi keçirlər.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, təcrübə proqramı çərçivəsində “Neft Daşları” NQÇİ-nin rəisi Qoçalı Mahmudov, idarə rəisinin sosial işlər üzrə müavini Zeynal Abdullayev, təcrübə proqramının rəhbəri, “Neft Daşları” NQÇİ-nin neftin, qazın hasilatı və nəqli üzrə istehsalat şöbəsinin rəisi Zabit Əhmədov və idarənin digər əməkdaşları tələbələrlə görüşərək onlar üçün yaradılmış şəraitdən danışıb, gənclərə müvafiq təlimatlar veriblər. Görüşdə, həmçinin BANM-in tələbələri üçün yaradılan imkanların, verilən praktik biliklərin onların gələcək karyeralarında əhəmiyyəti qeyd edilib. Tələbələrə platformadakı quyular və təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verilib.
Proqramın şərtlərinə əsasən, idarənin mühəndisləri tərəfindən təcrübə keçən ikinci kurs tələbələri üçün “Neft Daşları” NQÇİ-də gedən dəniz qazma işləri, neft yataqlarının təyin olunması prosesindən neftin tam istehsal və ixrac olunmasınadək gedən əməliyyatlarla, həmçinin neftçıxarma texnikası və müasir hasilat texnologiyası ilə əyani tanışlıq təşkil edilir. Gənclərə “Neft Daşları” NQÇİ-də gedən əməliyyatlar haqqında ətraflı məlumat verilir.
BANM-in yuxarı kurs tələbələri isə istehsalat təcrübələrini Azərbaycanın ən böyük platformalarından biri olan “Neft Daşları” NQÇİ-nin 1887 nömrəli neft və qazçıxarma üzrə stasionar dəniz özülündə keçirlər. Proqramın şərtlərinə əsasən hər bir istehsalat təcrübəsi keçən tələbə ilə müvəqqəti əmək müqaviləsi bağlanır və o, mühəndis və yaxud operator vəzifəsinə işə qəbul olunur. Təcrübənin yekununda tələbəyə işlədiyi vaxta və vəzifəsinə müvafiq olaraq əməkhaqqı ödənilir. Beləliklə, “Neft Daşları” NQÇİ-də təcrübə keçən tələbə işçi kimi fəaliyyət göstərərək staj qazanmış mütəxəssisə çevrilir. Tələbələr mədəndəki quyulara nəzarət edərək təyin olunduqları mühəndis və operator vəzifələrini təcrübəli işçilərin rəhbərliyi altında icra etməyə çalışırlar.
Qeyd edək ki, təcrübə müddətində BANM-in tələbələri “Neft Daşları” NQÇİ-nin yataqxanasında onlar üçün ayrılmış otaqlarda qalırlar. Tələbələr iş vaxtından sonra və istirahət günləri asudə vaxtlarını voleybol, futbol meydançalarında, qapalı idman zallarında, stolüstü tennis, bilyard və digər oyunlar oynamaqla keçirirlər. Beləliklə, BANM tələbələri keçdikləri təcrübə proqramı çərçivəsində praktik biliklər qazanmaqla yanaşı, həm də asudə vaxtlarını səmərəli keçirirlər.
Xatırladaq ki, BANM-in öz tələbələri üçün yaratdığı təcrübə imkanları onların nəzəri biliklərinin möhkəmləndirilməsinə dəstək olur, yüksək ixtisaslı, təcrübəli, dünya əmək bazarında rəqabətqabiliyyətli mütəxəssis kimi yetişmələrinə şərait yaradır.
Xəbər lenti
Hamısına baxGündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35

