Tərtərdə milli mətbuatımızın 141-ci ildönümü münasibətilə konfrans keçirilib
16.07.2016 [09:37]
İyulun 15-də Tərtərdə Azərbaycan milli mətbuatının 141 illiyinə həsr olunmuş konfrans keçirilib. Azərbaycan Mətbuat Şurasının Tərtər rayon İcra Hakimiyyəti ilə birgə keçirdiyi konfransın iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər.
Şuradan AZƏRTAC-a bildiriblər ki, tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda həyata keçirilən quruculuq işlərindən söz açıb. Tərtərin ölkəmizin ictimai fikir tarixində oynadığı rolu diqqətə çatdıran M.Məmmədov cəbhəyanı zonada yerləşən rayonda baş verən proseslərin ölkə ictimaiyyətinə doğru-dürüst çatdırılmasının əhəmiyyətini xüsusi vurğulayıb. Belə obyektiv rəyin formalaşması isə əsası Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti ilə qoyulmuş milli mətbuatımızın ənənələrinə sadiqliklə mümkündür. Çünki Həsən bəy jurnalistlik fəaliyyəti göstərməklə yanaşı, həm də böyük vətənpərvər ziyalı idi. Bu gün onun varisləri olan jurnalistlər də vətənpərvərlik dəst-xəttini qoruyub yaşatmalıdırlar.
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, yaradılmasının 141 ilini geridə qoyan mətbuatımız ötən müddətdə şərəfli tarixi yol keçib. “Əkinçi” qəzetinin fəaliyyətə başlaması o dövrdə Azərbaycanın həyatında olduqca mühüm hadisə idi. Məhz onun təsiri nəticəsində XX əsrin əvvəllərində yeni xüsusi dəst-xəttə malik nəşrlər meydana çıxıb. Həmin nəşrlər “Əkinçi”nin daha çox məişətlə bağlı fikirlərinə ictimai-siyasi məzmun gətirirdilər. Yekun nəticə olaraq mətbuat Azərbaycanın XX əsrdə qazandığı ilk dövlət müstəqilliyinin katalizatoruna çevrildi.
Qeyd edilib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə 1875-ci il 22 iyuldan başlanan yol yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu isə Rusiya imperiyası daxilindəki eybəcərliklərə adekvat yanaşma baxımından əhəmiyyətli idi. Sovet dövründə Azərbaycan mətbuatı bütün məhrumiyyətlərə baxmayaraq, Həsən bəy Zərdabi ənənələrinə sadiqlik nümayiş etdirib. Ə.Amaşov ənənələrə sadiqlik ruhunun XX əsrdə ikinci dəfə qovuşduğumuz dövlət müstəqilliyinin əldə edilməsində misilsiz payının olduğunu diqqətə çatdırıb.
Şura sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu mətbuatımızın xalqın milli şüur və düşüncəsinin oyanışındakı xidmətlərindən söz açıb. O bildirib ki, “Əkinçi”ni min bir əziyyətlə ərsəyə gətirən Həsən bəyin əməyi misilsiz fədakarlıq, əsl vətənpərvərlik nümunəsidir. Bu nümunə aktuallığını hər zaman saxlamaqdadır.
Mətbuat Şurasının idarə heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycanda media sahəsində aparılan dövlət siyasətində vətənpərvərliyin mühüm yer tutduğunu vurğulayıb. Hazırda mətbuatın Prezident İlham Əliyev tərəfindən diqqət və qayğı ilə əhatə olunduğunu diqqətə çatdıran V.Rəhimzadə görülən işlərin konkret qanunvericilik bazası ilə tənzimləndiyini bildirib. O bu baxımdan “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın qəbulunu və sənədə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasını vacib məqam kimi önə çəkib.
Tədbirdə çıxış edənlərdən “Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Yusif, “Qızıl qələm” mükafatı laureatı Svetlana Əzizova, Tərtər Rayon Ağsaqqallar Şurasının sədri Qədir Allahverdiyev mətbuatın hər zaman mühüm səfərbəredici missiya daşıdığını, katalizator rolunu oynadığını vurğulayıblar. Onlar Azərbaycanda demokratik dövlət quruculuğu prosesinin dərinləşməsində, ədalət prinsiplərinin qorunmasında jurnalistikanın rolunu qeyd ediblər.
Çıxışlardan sonra qarşıya çıxan problemlər, perspektiv vəzifələr ətrafında geniş fikir mübadiləsi aparılıb. Müzakirələr nəticəsində milli vətənpərvərlik mövzusunun işıqlandırılmasında medianın fəallığını artırmaq üçün Mətbuat Şurası və Tərtər rayon İcra Hakimiyyəti tərəfindən jurnalistlər arasında müsabiqənin elan edilməsi qərara alınıb.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06

