/ / Tərtərdə əsas kapitala yönəldilən investisiyaların böyük hissəsi tikinti-quraşdırma işlərinə sərf olunub
Tərtərdə əsas kapitala yönəldilən investisiyaların böyük hissəsi tikinti-quraşdırma işlərinə sərf olunub
16.07.2016 [09:33]
Tərtər rayonunda 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.
Yığıncaq iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstələri qoyublar. Heydər Əliyev Mərkəzində davam edən tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, erməni silahlı birləşmələrinin aprel ayında artilleriya zərbələri nəticəsində Tərtər şəhəri də daxil olmaqla, 17 yaşayış məntəqəsində 256 yaşayış evinə, 4 məktəb binasına, 2 tibb məntəqəsinə, 1 körpələr evi-uşaq bağçasına, elektrik, qaz, su və rabitə təsərrüfatına ciddi ziyan dəyib, 3 nəfər sakin dünyasını dəyişib. Düşmənin atəşi nəticəsində məcburi köçkünlərin yaşadığı 52 ev dağılıb, nəticədə 198 nəfər bir daha evsiz qalıb.
Diqqətə çatdırılıb ki, ölkə Prezidentinin xanımı ilə birgə cəbhə bölgəsinə səfər etməsi, Tərtər şəhərində və düşmənin 200 metrliyində təmas xəttində yerləşən Qapanlı kəndində dağılmış evlərə baxış keçirməsi, rayon ictimaiyyətinin nümayəndələri ilə, həmçinin ərazidə yerləşən hərbi hissədə əsgər və zabitlərlə görüşməsi tərtərlilərin əhval-ruhiyyəsini daha da artırıb. Dövlət başçısı səfərdən sonra mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı Sərəncam imzalayıb. Hazırda dağılmış və zərər çəkmiş evlərin bərpası davam etdirilir.
Erməni silahlılarının cəbhədə törətdikləri təxribatlara baxmayaraq, rayonda tikinti, abadlıq və quruculuq işləri davam etdirilib, infrastruktur layihələri həyata keçirilib. 2016-cı ilin birinci yarısında bütün maliyyə mənbələri hesabına rayonda əsas kapitala yönəldilən investisiyaların həcmi 6 milyon 427,6 min manat olub. Onun 6 milyon 10,7 min manatı tikinti-quraşdırma işlərinə yönəldilib, 3,6 milyon manat dəyərində əsas fondlar istifadəyə verilib. Əsas kapitala yönəldilən investisiyaların həcmi keçən ilin müvafiq dövrünə nisbətən 80,2 faiz artıb.
Hesabat dövründə şəhid ailəsi və Qarabağ müharibəsi əlilləri üçün 4 fərdi ev tikilib istifadəyə verilib. Tərtər çayı sahilində 2,5 hektar ərazidə yeni park salınması üçün hazırlıq işləri aparılıb. Nizami və Ə.Paşayev küçələrində yeni salınmış nümunəvi məhəllələrdə 2 idman meydançaları tikilib. “Azərbaycan Bayrağı” ordenli Mehrac Mahmudovun adı verilmiş küçədə təmir-abadlıq işləri aparılıb. Ekoloji tarazlığın qorunması məqsədilə Bərdə, Ağdam və Gəncə istiqamətində yol kənarlarına və rayonun yaşayış məntəqələrində 21 mindən çox müxtəlif növ ağac və gül kolları əkilib. Rayonun Sarov, Bəyimsarov, Dəmirçilər, Kəbirli, İlxıçılar kəndləri qazlaşdırılıb. Hazırda Tərtər şəhərində yeni tikilən 100 yerlik yeni uşaq bağçasında, şahmat məktəbində, Kənd Təsərrüfatı İdarəsinin inzibati-laboratoriya binasında son tamamlama işləri aparılır. Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 6 fərdi ev inşa edilir. “Tərtər şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin icrası uğurla aparılır.
Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət, idman və aqrar sahədə həyata keçirilən tədbirlərdən, əhalinin elektrik enerjisi, təbii qaz, içməli və təsərrüfat suyu ilə təminatı istiqamətində görülən işlərdən, vətəndaşların müraciətlərinə baxılması və onların qəbulunun təşkilindən ətraflı bəhs edilib.
Məruzə və çıxışlarda uğurlarla yanaşı, problemlər də sadalanıb, onların həlli üçün təkliflər irəli sürülüb.
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 00:14
Xəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45

