ARGTMŞ-nin təşkil etdiyi AKX Yay məktəbi davam edir
14.07.2016 [09:42]
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən təşkil olunan Azərbaycan Könüllülük Xidməti (AKX) Yay məktəbi davam edir. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə keçirilən Yay məktəbində 60 gənc iştirak edir. Yay məktəbi ölkənin gənclər təşkilatlarının könüllülərinin mübadiləsini təşkil etməklə onların bu sahədəki təcrübələrini genişləndirmək, könüllülük dəyərlərini bölüşmək, bu sahəyə verə biləcəkləri töhfələri üzə çıxarmaq məqsədi ilə həyata keçirilir.
Avropa Gənclər Paytaxtı Gəncə şəhərində keçirilən Yay məktəbinin ikinci günündə panel sessiyası baş tutub. AKX Yay məktəbi çərçivəsində baş tutan panel sessiyasında dövlət rəsmiləri, Yay məktəbinin iştirakçıları və Gəncə şəhərinin fəal gəncləri iştirak ediblər.
Panel sessiyası zamanı Azərbaycanda könüllülüyün keçmiş təcrübəsi və genişmiqyaslı hərəkata çevrilməsi, gələcək perspektivləri və gözləntiləri, hüquqi aspektləri, müsbət və mənfi cəhətləri, həmçinin gənclər təşkilatlarında könüllülük, irimiqyaslı tədbirlərə könüllülərin cəlb olunması, beynəlxalq mühitdə könüllülük təcrübəsi, könüllülük siyasəti və qanunvericilik, Gəncə-2016 Avropa gənclər paytaxtı çərçivəsində könüllülərin fəaliyyəti ilə bağlı mövzularda müzakirələr baş tutub. Müzakirələrdə çıxış edən Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov deyib ki, Azərbaycan Könüllülük Xidməti kifayət qədər unikal modelə əsaslanaraq Avropa Könüllülük Xidmətinin milliləşdirilmiş modelidir: “AKX Azərbaycan gənclərinə öz bölgəsindən digər bölgələrə səfər edərək orada könüllü fəaliyyət göstərməsinə imkan yaradır. Eyni zamanda, AKX çərçivəsində könüllülüyün təbliği məqsədilə müxtəlif konfranslar, təlimlər və seminarlar, yay məktəbləri təşkil olunur”.
Müzakirələrdə həmçinin Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Samirə Həsənova, Gənclər və İdman Nazirliyinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev və Gəncə şəhəri Gənclər və İdman İdarəsinin rəisi Müşfiq Cəfərov da öz könüllülük təcrübələrini gənclərlə bölüşüb və gəncləri maraqlandıran suallara cavab veriblər.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58

