Azərbaycanda ahıl insanların dövlət qayğısı ilə təminatı yüksək səviyyədədir
05.07.2016 [10:20]
Bakının Bilgəh qəsəbəsində müharibə və əmək əlilləri üçün pansionatda müqəddəs Ramazan bayramı münasibətilə bayram tədbiri keçirilib
Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsi, Nizami rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə Bakının Bilgəh qəsəbəsində müharibə və əmək əlilləri üçün pansionatda müqəddəs Ramazan bayramı münasibətilə bayram tədbiri keçirilib.
Əvvəlcə pansionat sakinləri qonaqları özlərinin əl işləri ilə tanış ediblər.
Sonra çıxış edən müharibə və əmək əlilləri üçün pansionatın direktoru, Əməkdar müəllim Qətibə Əsədova yaradılan şəraitlə bağlı məlumat verib.
Tədbirdə çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı ahılları Ramazan bayramı münasibətilə təbrik edib. Natiq deyib ki, Ümummilli lider Heydər Əliyevin sosial siyasət kursunda ölkəmizdə ahıl insanların dövlət qayğısı ilə təminatı, onların maddi və mənəvi tələbatlarının ödənilməsi mühüm yer tutub. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasət nəticəsində ahıl vətəndaşların sosial müdafiəsi daha da gücləndirilib. Dövlət başçısının bu istiqamətdə imzaladığı Fərman və sərəncamlar, 2006-cı il 17 aprel tarixli Sərəncamla təsdiqlənmiş “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı” və bir sıra digər Dövlət proqramlarına uyğun olaraq, ahılların hərtərəfli sosial müdafiəsi sahəsində mühüm addımlar atılıb.
“Bu gün tədbir keçirdiyimiz bu müasir pansionat da məhz cənab Prezident İlham Əliyevin göstərişilə təmir edilib”, - deyən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirib ki, burada yaradılan şərait bir daha ahıl insanların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu nümayiş etdirir. Azərbaycan dövləti xüsusi qayğıya ehtiyacı olan şəxslərə hər zaman diqqətlə yanaşır, onların rahat yaşamaları, ehtiyaclarının ödənilməsi üçün lazımi işlər görür.
Qeyd edib ki, Yeni Azərbaycan Partiyası əhalinin müxtəlif təbəqələrinin nümayəndələri ilə, o cümlədən ahıl insanlarla, qocalar evinin sakinləri ilə mütəmadi görüşlər təşkil edir, onların problemləri ilə maraqlanır, imkan daxilində kömək etməyə çalışır.
Milli Məclisin deputatı Dilarə Cəbrayılova isə vurğulayıb ki, pansionatda yüksək şərait yaradılıb və burada yaşayan insanların əhval-ruhiyyəsi çox yaxşıdır. “Bu, dövlətimizin həyata keçirdiyi siyasətin humanizmindən, insanpərvərliyindən, vətəndaşlara qayğısından xəbər verir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas qayəsi də ondan ibarətdir ki, dövlətimizin iqtisadi imkanlarından hər bir vətəndaşın həyatının yaxşılaşması üçün istifadə edilsin, o cümlədən qayğıya ehtiyacı olan insanlar diqqət mərkəzindən kənarda qalmasınlar”, - deyə deputat əlavə edib.
Pansionat sakinləri də onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Bildiriblər ki, bu gün ölkəmizdə aparılan geniş quruculuq işləri onları da sevindirir, fərəhləndirir.
Sonra bayram süfrəsi açılıb.
Tədbir Nizami rayon Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin üzvlərinin pansionat sakinləri üçün oxuduqları mahnılar, səsləndirdikləri musiqilər və şeirlərlə davam etdirilib.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 17:59
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42

