/ / “Olimpiya hərəkatı və Olimpiya Oyunlarının təşkilində idman mətbuatının rolu” mövzusunda “dəyirmi masa” keçirilib
“Olimpiya hərəkatı və Olimpiya Oyunlarının təşkilində idman mətbuatının rolu” mövzusunda “dəyirmi masa” keçirilib
26.05.2016 [10:18]
Mayın 25-də Mətbuat Şurasında “Olimpiya hərəkatı və Olimpiya Oyunlarının təşkilində idman mətbuatının rolu” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, Mətbuat Şurası və Milli Olimpiya Komitəsinin (MOK) birgə təşkil etdiyi tədbirdə idman və qeyri-idman mətbuatının nümayəndələri iştirak ediblər.
Ölkəmizdə mətbuatın kifayət qədər inkişaf etdiyini bildirən Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bu cür “dəyirmi masa”ların mütəmadi təşkil olunmasının vacibliyini vurğulayıb. Bildirib ki, respublikamızda idman mətbuatının özünəməxsus yeri var: “Hazırda bu sahə üzrə qəzet, jurnal və xəbər portalları fəaliyyət göstərir. Bu sahənin inkişafında Milli Olimpiya Komitəsinin əvəzsiz xidmətləri var. Bu, ilk görüşdür. Növbəti görüş idmançılar və nümayəndə heyətinin “Rio-2016” Yay Olimpiya Oyunlarına gedəcəyi ərəfədə olacaq. Üçüncü görüş isə Olimpiya Oyunları başa çatdıqdan sonra təşkil ediləcək”.
İlk Avropa Oyunlarında 600 yerli jurnalistin yarışları yüksək səviyyədə işıqlandırdığını diqqətə çatdıran Ə.Amaşov ölkəmizdə idmana marağın böyük olduğunu diqqətə çatdırıb və idmançılarımızın Olimpiya Oyunlarındakı uğurlu çıxışlarını qeyd edib.
Milli Olimpiya Komitəsi ilə Mətbuat Şurasının əməkdaşlığının əhəmiyyətindən danışan MOK-un idarə rəisi Cəmaləddin Rəhmanov bu əməkdaşlığın təkcə Olimpiya dövründə deyil, bundan sonra da davam etdirilməsinin vacibliyini vurğulayıb.
“Yerli mətbuatda “Rio-2016” Yay Olimpiya və Paralimpiya Oyunları haqqında yetərincə məlumatlar gedir. Ancaq bu yazılarda ötən il ölkəmizdə təşkil olunan birinci Avropa Oyunları ilə uyğunlaşdırılma aparılmalıdır. Avropa mətbuatı “Bakı-2015”ə bir az qısqanc münasibət bəsləyir. Ancaq biz bu möhtəşəm yarışı və təşkilatçılığı unutdurmamalıyıq. İlk Avropa Oyunları ilə Olimpiya Oyunlarının formatı eynidir. Ancaq ilk Avropa Oyunlarının Azərbaycan standartları var idi”, - deyə C.Rəhmanov bildirib.
“Rio-2016”ya lisenziya qazanmış idmançılarla MOK-da görüşlərin təşkil olunacağını diqqətə çatdıran C.Rəhmanov bu tədbirlərin yerli mətbuat nümayəndələrinin atletlərlə birbaşa təmasda olmasına, onları maraqlandıran sualları cavablandırmağa imkan yaradacağını vurğulayıb. Qeyd edib ki, ilk Avropa Oyunlarında olduğu kimi, “Rio-2016” çərçivəsində MOK-da “Zəfər günləri” və “Açıq qapı” günləri təşkil olunacaq. Bu tədbirlər vasitəsilə yerli idman mətbuatına milli komandamızın Olimpiya Oyunlarındakı çıxışı barədə ətraflı məlumat veriləcək.
İdmançılarımızın Olimpiya Oyunlarındakı çıxışı barədə tədbir iştirakçılarına məlumat verən MOK-un vitse-prezidenti Xəzər İsayev ölkəmizdə idman mətbuatının inkişafı istiqamətində görülən işlərdən danışıb. Vitse-prezident Olimpiya Oyunlarının tarixi barədə tədbir iştirakçılarını məlumatlandırıb və Olimpiadaya ev sahibliyi edəcək şəhərin seçilməsi proseduru haqqında fikirlərini bölüşüb. İdmanda ədalətlilik prinsipinin vacibliyini vurğulayan X.İsayev ölkəmizin Dünya Ədalətli Oyunlar Hərəkatının fəal üzvlərindən olduğunu ifadə edib.
Tədbirdə AZƏRTAC-ın Olimpiya Oyunlarını və irimiqyaslı idman tədbirlərini yüksək səviyyədə işıqlandırdığı xüsusi vurğulanıb. “Dəyirmi masa”da “İdmanda qadın”, “İdman və ətraf mühit” və “İdman hamı üçün” mövzularında müzakirələr aparılıb.
Tədbirdə idman mətbuatında mövcud problemlər və bu problemlərin həlli istiqamətində həyata keçiriləcək işlər də müzakirə olunub.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42

