BANM-in vasitəçiliyi ilə yaradılan əlaqələr gələcəkdə üçtərəfli əməkdaşlığa zəmin yaradır
06.05.2016 [10:10]
Bakı Ali Neft Məktəbinin (BANM) dəvəti ilə Azərbaycanda səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu Dabi Neft İnstitutunun prezidenti Tomas Hoçstetler və Əbu Dabi Neft İnstitutunun xarici əlaqələr və əməkdaşlıq üzrə direktoru İbrahim Əl-Həcri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclisin elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli ilə görüşüblər.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, akademik İsa Həbibbəyli Azərbaycan ilə BƏƏ arasında təhsil, iqtisadiyyat və digər sahələrdəki əməkdaşlıqdan söz açıb.
Prezident İlham Əliyevin iki ölkə arasındakı əlaqələrin genişlənməsinə xüsusi diqqət ayırdığını vurğulayan İ.Həbibbəyli BANM-də qısa zaman ərzində böyük işlər görüldüyünü diqqətə çatdırıb.
Akademik bu ali məktəbdə neft-qaz, kimya və avtomatika sahəsində yüksək səviyyəli mütəxəssislərin cəmləndiyini qeyd edib, iki ali təhsil ocağı arasındakı əməkdaşlığın faydalı olacağını bildirib.
İ.Həbibbəyli, həmçinin AMEA-nın nəzdində neft-kimya, kibernetika, idarəetmə sistemləri sahəsində bir çox elmi-tədqiqat müəssisələrinin fəaliyyət göstərdiyini və BANM-in vasitəçiliyi ilə yaradılan bu əməkdaşlığın gələcəkdə üçtərəfli əməkdaşlığa zəmin yarada biləcəyini söyləyib.
BANM-in rektoru Elmar Qasımov rəhbərlik etdiyi ali məktəbin və Əbu Dabi Neft İnstitutunun yaradılmasında oxşar məqsəd və hədəflərin qarşıya qoyulduğunu, hər iki ali təhsil müəssisəsinin öz ölkəsi üçün uğurlu sosial layihə olduğunu söyləyib.
Azərbaycana ilk dəfə səfər etdiyini deyən Əbu-Dabi Neft İnstitutunun rektoru görüşdən məmnunluğunu ifadə edib. Qonaq BANM ilə əldə olunmuş razılaşma əsasında tələbə-müəllim mübadiləsinin gələcəkdə elmi-tədqiqat sahəsində inkişaf edəcəyinə əminliyini bildirib.
Görüşdə, həmçinin təhsil əlaqələrinin inkişafı və bu istiqamətdə qarşılıqlı əməkdaşlıq məsələlərinin perspektivləri müzakirə olunub.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 12:35
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Gündəm
13 İyul 09:15
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35

