/ / BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının qiymətləndirmə missiyasının nümayəndələri Tərtərə səfər edib
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının qiymətləndirmə missiyasının nümayəndələri Tərtərə səfər edib
06.05.2016 [10:03]
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinin hüquq şöbəsinin qiymətləndirmə missiyasının əməkdaşları Aleksandr Novikau, Oliver Tuholske və Elsevər Ağayev qoşunların təmas xəttində baş vermiş son hadisələr səbəbindən müvəqqəti yerdəyişmə etmiş insanların humanitar ehtiyacları barədə məlumat almaq məqsədi ilə Tərtər rayonuna səfər ediblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə rayon İcra Hakimiyyətində olan qonaqlara cəbhə xəttində baş verən son hadisələr barədə məlumat verilib. Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, aprel ayı ərzində erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində rayonun təmas xəttinə yaxın, eləcədə təmas xəttindən 15-20 kilometr məsafədə yerləşən yaşayış məntəqələri ağır artilleriya atəşinə məruz qalıb. Nəticədə 256 evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəyib, 32 ev tamamilə dağılıb. 7 nəfər mülki şəxs yaralanıb, 2 nəfər məcburi köçkün dünyasını dəyişib.
Diqqətə çatdırılıb ki, atəşkəsin pozulması nəticəsində məcburi köçkünlərin yaşadığı 52 ev dağılıb, nəticədə 198 nəfər bir daha evsiz qalıb. Rayonun Şıxarx, Çaylı və Həsənqaya kəndlərində məcburi köçkünlərin kompakt yaşadığı ərazilərdə elektrik təsərrüfatına, kommunikasiya xətlərinə və kənd təsərrüfatına ciddi ziyan dəyib. Məcburi köçkünlərin 46 baş iribuynuzlu, 157 baş xırdabuynuzlu heyvanları və 2430 ədəd ev quşları tələf olub. 100 hektarlarla əkin sahələri partlamayan hərbi sursatla çirklənib. Hazırda həmin ərazilərin partlamayan hərbi sursatlardan təmizlənməsi üçün ANAMA tərəfindən təmizləmə işləri həyata keçirilir. Bu günə kimi 241 partlayış nöqtəsinə baxış keçirilib, həmin ərazilərdən 49 ədəd partlamamış hərbi sursat və İncə çayı vasitəsilə düşmən tərəfindən axıdılan 2 ədəd piyada əleyhinə mina götürülərək zərərsizləşdirilib.
Müstəqim Məmmədov deyib ki, erməni silahlı birləşmələri BMT-nin qəbul etdiyi qərarlara əməl etmir, mülki insanları, yaşayış məntəqələrini atəşə tuturlar.
Sonra nümayəndələr daha çox dağıntıya məruz qalmış Qapanlı kəndində olub, dağılmış evlərə baş çəkib, məcburi köçkünlər və yerli sakinlərlə görüşərək, onların problemləri ilə maraqlanıblar.
Xəbər lenti
Hamısına baxSosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17

