Badamdarda 2 minə yaxın sakinin yaşadığı məhəllədə əsaslı təmir işləri başa çatıb
17.03.2016 [10:06]
Səbail rayonunun Badamdar qəsəbəsində 2 min nəfərə yaxın sakinin yaşadığı çoxmənzilli 6 yaşayış binasının əhatə etdiyi məhəllədə əsaslı təmir işləri başa çatıb.
Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, Tofiq Məmmədov, Göyüş Qarayev və Seymur Məmmədov küçələrinin arasında yerləşən məhəllədə yaşayanların müraciəti nəzərə alınaraq binaların fasadı üzlənib, eyvanlar yenidən qurulub, binanın blok qapıları dəyişdirilib, binaların giriş hissəsi təmir olunub, pilləkənlərə aqlay döşənib.
Məhəllənin səkiləri yenilənib, sakinlərin istirahəti üçün geniş söhbətgah quraşdırılıb, həyət boyunca yeni oturacaqlar düzülüb, əsaslı təmizlik işləri aparılıb, zəbt olunan bağ sahələri, qanunsuz qaraj və digər tikililər sökülüb.
Bundan başqa, uşaqlar üçün bir neçə əyləncə qurğusu quraşdırılıb, süni örtüklü mini stadion tikilib, müxtəlif idman qurğuları və böyük şahmat lövhəsi quraşdırılıb.
Məhəllədə təmir işlərinin başa çatdırılması ilə əlaqədar burada rayon rəhbərliyi, təsərrüfat xidmətləri, qəsəbə ağsaqqalları, ictimaiyyət nümayəndələri və məhəllə sakinlərinin görüşü keçirilib. Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və tədbirdə iştirak edən digər rəsmi şəxslər məhəllədə yaradılan şəraitlə tanış olublar. İcra başçısı bildirib ki, bu gün Prezident İlham Əliyev tərəfindən Azərbaycanın sosial-iqtisadi inkişafı istiqamətində müdrik siyasət həyata keçirilir və bu siyasət Səbail rayonunda da uğurla davam etdirilir.
Sonra sakinlərin istək və arzuları dinlənilib, onların həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.
Məhəllədə keçirilən şənlikdə Badamdar qəsəbəsində fəaliyyət göstərən “Konferon” MMC tərəfindən xüsusi olaraq təqdim olunmuş böyük paxlava kəsilərək sakinlərə və qonaqlara paylanılıb, bayram tonqalı yandırılıb. İncəsənət ustaları və Badamdar Mədəniyyət Evinin özfəaliyyət kollektivi, kosa, keçəl və Bahar qızı, qəsəbə orta məktəblərinin şagirdləri və uşaq bağçalarında tərbiyə alan uşaqlar milli rəqsləri və mahnıları ilə şənliyi daha rəngarəng ediblər.
Xəbər lenti
Hamısına baxDünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42

