Kənd təsərrüfatı naziri Tovuzda ictimaiyyət nümayəndələri və sahibkarlarla görüşüb
10.02.2016 [10:07]
Fevralın 9-da kənd təsərrüfatı naziri Heydər Əsədov Tovuz şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Tovuz rayon Mədəniyyət Evində keçirilən görüşdə yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların rəhbərləri, sahibkarlar, ziyalılar iştirak ediblər.
Görüşdə çıxış edən Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov son illər rayonda görülən işlər, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər və nəzərdə tutulan layihələr barədə məlumat verib, Prezident İlham Əliyevin tapşırığı ilə bölgələrdə ictimaiyyət nümayəndələri ilə keçirilən görüşlərin əhəmiyyətini diqqətə çatdırıb.
Kənd təsərrüfatı naziri Heydər Əsədov görüşdə çıxış edərək dünyada baş verən iqtisadi proseslər, enerji və maliyyə bazarlarında yaranmış vəziyyət, bunun ölkəmizə təsirləri barədə danışıb. Bildirib ki, Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafı, neftdən asılılığın azaldılması, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atdığı qətiyyətli addımlar nəticəsində dünya qlobal böhranının Azərbaycan iqtisadiyyatına təsiri minimuma endirilib.
Vurğulanıb ki, Prezident İlham Əliyev ölkədə əlverişli biznes mühitinin yaradılmasına yönəlmiş çoxsaylı Fərman və sərəncamlar imzalayıb, sahibkarlıq subyektlərində yoxlamalar dayandırılıb, lisenziyaların verilməsi proseduru və kreditlərin ödənişi sadələşdirilib. Ölkəyə valyuta axınını artırmaq, ixracın stimullaşdırılmasını təşviq etmək məqsədilə sahibkarlara lazımi şərait yaradılıb.
Ölkədə iqtisadi fəallığın yüksəldilməsi, yeni iş yerlərinin açılması, aqrar sektorun inkişafı, rəqabətqabiliyyətli məhsul istehsalı, sahibkarlar və fermerlər üçün əlverişli biznes mühitinin yaradılması və digər prioritet məsələlərin həlli istiqamətində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilən kompleks tədbirlərdən danışan Heydər Əsədov diqqətə çatdırıb ki, bu ildən etibarən sahibkarlar tərəfindən alınan bütün növ texnikalara 40 faiz güzəşt tətbiq olunacaq. Bu məqsədlə dövlət tərəfindən 51 milyon manat vəsait ayrılıb. Eyni zamanda, əkinçilikdə məhsuldarlığın yüksəldilməsi üçün bütün növ gübrələr 70 faiz güzəştlə satılacaq. Gübrəyə artan tələbat nəzərə alaraq, 45 milyon tondan çox ehtiyat yaradılıb.
Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması ilə bağlı məsələlərə də toxunan Heydər Əsədov bildirib ki, buna nail olmadan yüksək məhsuldarlıq əldə etmək mümkün deyil. Nazir fikrini statistik göstəricilərlə əsaslandırıb: “Hazırda ölkədə 2 milyon 200 min iribuynuzlu mal-qara var. Bu heyvanların əksəriyyəti həm az məhsul verir, həm də örüş-otlaqlarda torpaqları deqradasiyaya uğradır. Halbuki, cins tərkibini yaxşılaşdırmaqla mal-qaranın ümumi sayını 400-500 min başadək azaltmaq mümkündür. Eyni zamanda, heyvanları qapalı şəraitdə bəsləməklə örüş-otlaq sahələrini yem, yaxud əkin dövriyyəsinə cəlb etmək olar”.
Görüşdə suvarma suyuna tələbatı ödəmək məqsədilə həyata keçirilən infrastruktur layihələri haqqında da ətraflı məlumat verilib. Heydər Əsədov bildirib ki, yeni kanalların çəkilməsi, suvarma şəbəkələrinin qurulması, subartezian quyuların qazılması ilə yanaşı, bu sahədə yeni təsərrüfatçılıq metodları da tətbiq olunmalıdır. Bu metodlara üstünlük verən sahibkarlara müvafiq texnikaların alınmasında “Aqrolizinq” ASC vasitəsilə güzəştlər ediləcək.
Ötən il dünyada hökm sürən iqtisadi və maliyyə probleminə baxmayaraq, Azərbaycanda kənd təsərrüfatının istehsalında 6,6 faiz artım qeydə alınıb. Bunun yüksək nəticə olduğunu bildirən nazir vurğulayıb ki, aqrar sektorun inkişafı və fermerlər üçün yaradılmış münbit şərait yaxın gələcəkdə kənd təsərrüfatı məhsulları istehsalını daha da artırmağa imkan yaradacaq.
Milli Məclisin deputatı Qənirə Paşayeva görüş iştirakçılarını son illər parlamentdə kənd təsərrüfatının inkişafı istiqamətində qəbul edilən qanunlar barədə məlumatlandırıb. Qeyd edib ki, su problemi həlli olunarsa, Tovuz rayonunda üzümçülüyün, taxılçılığın, kartofçuluğun inkişafında ciddi irəliləyişlərə nail olmaq mümkündür.
Görüşdə sahibkarlardan Nəriman Ələsgərov, Ərzuman Əhmədov, Şahin Qarayev, Sürəyya İsmayılova və başqaları çıxış edərək qarşılaşdıqları problemlərdən danışıb, müvafiq təkliflər irəli sürüblər. Səsləndirilən təkliflər əsasən suvarma suyu, Çeyrançöl qışlağına gedən yolun təmiri, toxumla təminat və digər məsələlərlə bağlı olub.
Həmin gün nazir H.Əsədov “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslərlə də görüşüb. Tovuz rayonu üzrə 156 hüquqi və fiziki şəxsə ümumilikdə 4 milyon 286,6 min manat dəyərində 276 ədəd müxtəlif texnika lizinqə verilib. Kənd təsərrüfatı texnikalarına güzəştlərin tətbiqi üzrə xüsusi komissiyanın qərarına əsasən, 2 milyon 600,3 min manat dəyərində 165 müxtəlif texnikaya 970,5 min manat məbləğində güzəştlər edilib.
Görüş çərçivəsində 18 istifadəçiyə lizinqə verilmiş, ümumilikdə, 521 min 630 manat dəyəri olan 42 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına 193 min 252 manat məbləğində güzəşt tətbiq edilib. Xüsusi komissiyanın qərarına əsasən, istifadəçilərlə tətbiq olunmuş güzəşt əsasında yeni lizinq müqavilələrinin bağlanılması, o cümlədən güzəşt tətbiq edildikdən sonra 15 ədəd müxtəlif kənd təsərrüfatı texnikasının sahibkarların mülkiyyətinə verilməsi və onların Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınması həyata keçirilib. Eyni zamanda, “Aqrolizinq” ASC-dən lizinq yolu ilə əldə etdikləri kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizini ödəmiş istifadəçilərə də güzəşt üçün elektron ərizə verilməsi üçün xidmət göstərilib.
Sonda nazirin tapşırığına əsasən, rayon sakini Qədir Qəhrəmanovun müraciəti nəzərə alınaraq, ona “Belarus-89.2” markalı traktorun növbədənkənar lizinqə verilməsi yerində rəsmiləşdirilib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30

