/ / Prezident İlham Əliyevin verdiyi tapşırıqların icrası regionların inkişafına böyük imkanlar yaradır
Prezident İlham Əliyevin verdiyi tapşırıqların icrası regionların inkişafına böyük imkanlar yaradır
30.01.2016 [10:22]
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə yanvarın 29-da Biləsuvarda ictimaiyyət nümayəndələri və rayon ərazisində salınan qəsəbələrdə məskunlaşan Cəbrayıldan olan məcburi köçkünlərlə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev rayonda görülən işlər və nəzərdə tutulan layihələr barədə məlumat verib. Bildirilib ki, dövlətimizin başçısının regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində Biləsuvar rayonunda müasir infrastruktur, istehsal və emal müəssisələri yaradılıb. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda kənd təsərrüfatının inkişafı ilə bağlı Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, bu il rayonda 7 min hektaradək pambıq əkini nəzərdə tutulub ki, bu da 600 nəfərin daimi, 10 min nəfərin mövsümi işlə təmin olunmasına imkan verəcək.
Qaçqın və məcburi köçkünlərə qayğını diqqətə çatdıran Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev isə bildirib ki, bu təbəqədən olan insanların sosial infrastruktur təminatının yaxşılaşdırılması, onların ən müasir kommunal xidmət növləri ilə təchiz olunmuş yaşayış evləri ilə təmin edilmələri dövlətin sosial siyasətinin başlıca hədəflərindəndir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə qeyd edib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində yaradılmış siyasi sabitlik, güclü iqtisadi potensial, vaxtında aparılan islahatlar, neft amilindən asılılığın azaldılması, biznes mühitinin təkmilləşdirilməsi, sahibkarlığın inkişaf etdirilməsi sayəsində ölkə iqtisadiyyatının mənfi təsirlərə dayanıqlığını təmin etmək mümkün olub. Gəlirlərin azalmasına baxmayaraq, əhalinin sosial müdafiəsi gücləndirilir, əmək haqları, sosial müavinətlər, pensiyalar artırılır. Özəl bölmənin inkişafı istiqamətində görülən işlər, lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi, investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması sahəsində dövlətimizin başçısı tərəfindən qəbul edilmiş qərarlar sahibkarlığın inkişafında mühüm əhəmiyyət kəsb edir. Qeyd olunub ki, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin verdiyi tapşırıqların icrası ölkənin, eləcə də onun ayrı-ayrı regionlarının inkişafı üçün böyük imkanlar yaradır.
Görüşdə respublikada məktəb tikintisi, uşaq bağçalarının istifadəyə verilməsi, təhsilin müasirləşdirilməsi ölkəmizin gələcəyinə böyük qayğı kimi dəyərləndirilib, qəbul və buraxılış imtahanları ilə bağlı müzakirələr aparılıb.
İctimaiyyət nümayəndələri göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlıq edib, bu qayğıya əməli işləri ilə cavab verəcəklərini bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28

