Fövqəladə Hallar Nazirliyi yarandığı on il ərzində çətin və şərəfli yol keçib
17.12.2015 [10:36]
Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının onuncu ildönümü münasibətilə dekabrın 16-da genişləndirilmiş kollegiya iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, FHN-in mərkəzi aparatında keçirilən iclas “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza zamanı həlak olan neftçilərin və nazirliyin “Vixr-9” yanğınsöndürmə gəmisinin komandiri, daxili xidmət polkovnik-leytenantı Vyaçeslav Kryuçkovun xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
İclası açıq elan edən fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov FHN-in yaradılmasının onuncu ildönümü və peşə bayramı münasibətilə şəxsi heyəti təbrik edib, onlara uğurlar arzulayıb.
Kəmaləddin Heydərov bildirib ki, Fövqəladə Hallar Nazirliyi artıq fəaliyyətinin onuncu ilini qeyd edir. Ötən müddət nazirliyin kollektivi üçün əlamətdar olub. Baş verə biləcək fövqəladə hadisələrin vaxtında aşkarlanması, qarşısının alınması və nəticələrinin aradan qaldırılması, əhalinin və ərazilərin təbii və texnogen xarakterli qəzalardan qorunması məqsədilə nazirliyin aidiyyəti qurumları tərəfindən müvafiq tədbirlər 2015-ci il ərzində də davam etdirilib.
Fövqəladə hallar naziri qeyd edib ki, yarandığı 10 il ərzində çətin və şərəfli yol keçmiş FHN bu illər ərzində Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub. Dövlətimizin başçısı tərəfindən nazirliyin şəxsi heyətinin sosial vəziyyətinin, o cümlədən mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb.
Vurğulanıb ki, Ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərliyinin bütün dövrlərində əhalinin təbii və texnogen fəlakətlərdən etibarlı şəkildə mühafizəsinin təşkili məsələlərini diqqət mərkəzində saxlayıb. Dahi rəhbərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin 2005-ci ildə imzaladığı Sərəncamla Fövqəladə Hallar Nazirliyinin yaradılması, bir sıra mühüm mühafizə və xilasetmə qurumlarının onun tərkibinə verilməsi insanların həyatının, xalqın və dövlətin əmlakının baş verə biləcək təbii, texnogen fəlakətlərdən qorunması baxımından mühüm addımlardan oldu.
Bildirilib ki, ötən 10 il ərzində dövlətimizin başçısı nazirliyin fəaliyyəti ilə bağlı bir sıra tədbirlərdə iştirak edib. Azərbaycan Prezidentinin hər il dekabrın 16-nın Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə 2006-cı ildə imzaladığı Sərəncam FHN-ə və onun kollektivinə dövlət qayğısının bariz nümunəsidir. On il ərzində normativ hüquqi bazanın təkmilləşdirilməsi üçün onlarla hüquqi sənədlər hazırlanıb, nazirliyin və onun müvafiq qurumlarının rəmzləri, eləcə də hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşların geyim forması və fərqləndirmə nişanları təsdiq edilib. Bu gün Fövqəladə Hallar Nazirliyinin təkcə Bakıda deyil, regionlardakı qurumlarının da maddi-texniki bazası əsaslı surətdə yenilənib. Regionlarda FHN-in üzərinə düşən vəzifələrin operativ və yüksək səviyyədə yerinə yetirilməsini təmin etmək məqsədilə 9 regional mərkəzin fəaliyyəti təmin edilib.
Kəmaləddin Heydərov qeyd edib ki, nazirliyin bütün qurumlarının texnika parkı dünyada mövcud olan ən müasir müxtəlif təyinatlı maşın və mexanizmlərlə zənginləşdirilib. Nazirliyin informasiya texnologiyaları infrastrukturunun yaradılması və inkişaf etdirilməsi, elektron xidmətlərin təşkili, eləcə də respublika ərazisində baş vermiş təbii-texnogen hadisələrin statistikasının aparılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi və “112” qaynar telefon xətti yaradılıb. Peşə hazırlığının artırılması məqsədilə bir sıra ölkələrin müvafiq ali təhsil ocaqları ilə bağlanan müqavilələr əsasında əməkdaşlar həmin təhsil müəssisələrində biliklərə yiyələnirlər. Bununla yanaşı, Azərbaycan Prezidentinin imzaladığı müvafiq Sərəncamla 2008-ci ildə zəruri maddi-texniki baza ilə təmin edilmiş Fövqəladə Hallar Nazirliyinin Akademiyası yaradılıb. Ölkə ərazisində su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2011-ci ildə imzaladığı Fərmana əsasən, FHN-in Su Ehtiyatları Dövlət Agentliyi yaradılıb.
Diqqətə çatdırılıb ki, FHN yarandığı ilk gündən beynəlxalq əməkdaşlığı və tərəfdaşlığı fəaliyyətinin əsas prinsiplərindən biri kimi müəyyənləşdirib. Ötən müddətdə FHN Müdafiə, Daxili İşlər, Səhiyyə nazirlikləri, Dövlət Sərhəd Xidməti, habelə digər dövlət qurumları ilə birgə təlimlər həyata keçirib. Nazirliyin əməkdaşları yola salınan illərdə dəfələrlə çətin sınaqla üz-üzə qalıb və hər dəfə də öz peşəkarlıqlarını və cəsarətlərini ortaya qoyublar. Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı və ev sahibliyi ilə ötən illər ərzində bir sıra regional və beynəlxalq əhəmiyyətli tədbirlər keçirilib. Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü humanist siyasətə uyğun olaraq, FHN ötən dövrdə müxtəlif ölkələrdə, o cümlədən Rusiya, Pakistan, İran, Serbiya, Bosniya və Herseqovina, Haiti, Filippin, Somalidə baş vermiş fəlakətlərin nəticələrinin aradan qaldırılması, xilasetmə və humanitar yardımların çatdırılması əməliyyatlarını uğurla yerinə yetirib.
Sonra əlamətdar gün ərəfəsində nazirliyin bir qrup əməkdaşına ali hərbi rütbələrin, orden və medalların, fəxri adların verilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar oxunub.
Nazir Kəmaləddin Heydərov Azərbaycan Prezidentinin sərəncamlarına əsasən təltif olunan bir qrup əməkdaşa mükafatları təqdim edib. Həmçinin FHN-in xidmətdə fərqlənən əməkdaşları da nazirin əmri ilə təltif olunublar.
Sonda iclas iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul edilib.
İclasa yekun vuran Kəmaləddin Heydərov qurumun inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə şəxsi heyət adından dərin təşəkkürünü bildirib. Nazir deyib ki, ali dövlət qayğısı ilə əhatə olunmuş Fövqəladə Hallar Nazirliyi Azərbaycan xalqının təhlükəsizliyinin etibarlı təminatçısı kimi şərəfli missiyasını bundan sonra da var gücü ilə davam etdirəcək.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57

