UNEC-də “Məzun-2015” əmək yarmarkası keçirilib
01.12.2015 [09:54]
Noyabrın 28-də məzunların işlə təmin olunmasına kömək məqsədilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Məzun-2015” əmək yarmarkası keçirilib. UNEC-in 85 illik tədbirlər planı çərçivəsində keçirilən yarmarkada 50-dən çox dövlət qurumu, şirkət və banklar tərəfindən çoxsaylı vakant iş yerləri təqdim edilib.
Əmək yarmarkasında UNEC də daxil olmaqla, Azərbaycanın 40-dan yuxarı ali və orta ixtisas təhsili müəssisəsindən, o cümlədən dünyanın (ABŞ, Türkiyə, Rusiya, Böyük Britaniya və s.) 16 ali məktəbindən 2500-ə yaxın məzun iştirak edib.
Təhsil nazirinin müavini Firudin Qurbanov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəyli və UNEC-in rektoru, professor Ədalət Muradov yarmarkaya baxış keçiriblər. Dövlət və özəl qurumların nümayəndələri, işəgötürənlər rektor və qonaqlara vakant iş yerləri haqqında məlumat veriblər.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında kadr potensialının gücləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi haqqında Anlaşma Memorandumu imzalanıb. UNEC-in rektoru Ə.Muradov bildirib ki, məzunların işlə təmin olunması universitetlərin reytinqinə bilavasitə təsir etdiyindən bu məsələ UNEC-in prioritet istiqamətlərindən biri hesab olunur. İnanıram ki, universitetimizdən məzun olan hər bir gənc özünə layiqli iş tapa biləcək.
“Məzun-2015” yarmarkasında gənclərə 800-dən çox vakant iş yeri təklif olunub. Yarmarkada məzunların dövlət və biznes strukturlarının nümayəndələri ilə görüşləri təşkil edilib. Onlara müxtəlif ixtisaslar üzrə stajkeçmə, təqaüd və təcrübə proqramları da təqdim edilib.
Yarmarkanın sonunda müraciət edən bütün məzunların CV-ləri dövlət qurumlarına və özəl şirkətlərə təqdim edilib.
Xəbər lenti
Hamısına baxElm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39

