Avstriyalı hüquqşünaslar Azərbaycanda səfərdədirlər
09.10.2015 [10:08]
Avstriyanın Ali, apelyasiya, regional və rayon məhkəmələrinin, Baş Prokurorluğunun və Ədliyyə Nazirliyinin əməkdaşlarından ibarət 40 nəfərlik nümayəndə heyəti ölkəmizə maraq göstərərək səfərə gəlib.
Oktyabrın 8-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov nümayəndə heyəti ilə görüşüb.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dövlətlərimiz arasında səmərəli əməkdaşlıq və dostluq münasibətlərinin yüksək səviyyəsini qeyd edən nazir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı ədliyyə və məhkəmə islahatları, o cümlədən yeni məhkəmələrin yaradılması, hakimlərin ən şəffaf seçimi və tədrisi, məhkəmə infrastrukturunun müasirləşdirilməsi, elektron məhkəmənin tətbiqi barədə məlumat verib, hüquqi sahədə qarşılıqlı fəaliyyətin daha da dərinləşdirilməsi üçün geniş perspektivlərin olduğunu vurğulayıb.
Hüquqi sahədə əlaqələrin inkişafına böyük önəm verdiyini söyləyən nümayəndə heyətinin rəhbəri xanım Maria Vanke-Çzervenka ölkəmizə səfərindən məmnunluğunu ifadə edib, respublikamızın hərtərəfli dinamik tərəqqisinin şahidi olduğunu söyləyib, məhkəmə-hüquq sistemində aparılan islahatları maraqla qarşılayaraq, qazanılan nailiyyətləri yüksək qiymətləndirib.
Qonaqların nazirlikdə ədliyyə tarixi muzeyi ilə tanışlığı zamanı ədliyyə nazirinin müavini Azər Cəfərov Azərbaycanın məhkəmə-hüquq sisteminin inkişaf mərhələlərindən danışıb, hüquqi sahədə qarşılıqlı fəaliyyətin səmərəsini qeyd edib.
Tədbirdə Avstriyanın Azərbaycandakı səfiri Aksel Vex də iştirak edib.
Səfər çərçivəsində qonaqlar respublikamızda aparılan məhkəmə-hüquq islahatlarına böyük maraq göstəriblər və onlarla Ali Məhkəmədə görüş keçirilib. Eləcə də, nümayəndə heyətinin üzvləri Şəkidə ədliyyə və məhkəmə orqanlarının fəaliyyəti, o cümlədən inşası başa çatmaqda olan möhtəşəm məhkəmə kompleksi ilə tanış olaraq yaradılmış yüksək şəraitdən və qabaqcıl informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqindən heyranlıqlarını ifadə ediblər. Qonaqlar Bakı şəhəri Yasamal rayon Məhkəməsinin müasir binasına baş çəkərək Azərbaycan Prezidentinin Sərəncamı ilə yaradılan “elektron məhkəmə” informasiya sisteminin sınaq rejimində tətbiqini izləyib və ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xidmət edən bu texnoloji yenilikləri təqdir ediblər.
Nümayəndə heyəti, həmçinin Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti, habelə paytaxtımızın tarixi və mədəni abidələri, o cümlədən Qobustan Milli Tarix-Bədii Qoruğu ilə tanış olub.
Səfər zamanı qonaqların Azərbaycan brendi olan “ASAN xidmət”in vətəndaş məmnunluğuna yönələn fəaliyyəti ilə də tanışlığı nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxDünya
01 Oktyabr 23:14
Dünya
01 Oktyabr 22:35
Dünya
01 Oktyabr 21:50
Dünya
01 Oktyabr 21:22
Dünya
01 Oktyabr 20:45
Dünya
01 Oktyabr 20:17
Dünya
01 Oktyabr 19:54
Dünya
01 Oktyabr 19:20
Sosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Gündəm
30 Sentyabr 18:47
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09

