Nəsimi rayonunda Beynəlxalq Müəllimlər Günü qeyd olunub
06.10.2015 [10:09]
Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 23 saylı tam orta məktəbdə Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə rayon rəhbərliyi və ictimaiyyəti, təhsil işçiləri iştirak ediblər. Mərasimdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan təhsilinə olan diqqət və qayğısından danışıb, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illərdə respublikamızda tikilən və əsaslı təmir olunan təhsil müəssisələri, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar, Azərbaycan təhsilinin inkişafında böyük rolu olan Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın gördüyü işlər, eləcə də ötən tədris ilində rayonun təhsil müəssisələrinin uğurları barədə məlumat verib.
Qeyd edilib ki, son 4 il ərzində ölkə başçısının imzaladığı sərəncamlara və Dövlət proqramlarına əsasən Nəsimi rayonundakı orta və məktəbəqədər təhsil müəssisələrinin böyük əksəriyyəti əsaslı təmir olunub, 1 yeni uşaq bağçası, 2 məktəb üçün yeni əlavə korpus tikilib, 1 uşaq musiqi məktəbi, 1 uşaq texniki yaradıcılıq mərkəzi, 3 uşaq bağçası əsaslı təmir olunub. Bu il sentyabrın 10-da Prezident İlham Əliyev rayondakı Texniki Humanitar liseydə aparılan təmir-yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub. İcra başçısı həmçinin bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq Nəsimi rayonunun təhsil müəssisələri üzrə 4 orta, 5 uşaq bağçasının və 1 Uşaq Yaradıcılıq Mərkəzinin əsaslı təmiri nəzərdə tutulub. Dövlət Proqramına uyğun görülən işlər çərçivəsində 1 saylı tam orta məktəb ötən il əsaslı təmir olunub, bu il məktəbin qəzalı idman zalı sökülərək, 10 yeni sinif otağı da daxil olmaqla, yeni idman zalı tikilib istifadəyə verilib. Həmçinin 174 saylı uşaq bağçası əsaslı təmir olunub, 147 saylı uşaq bağçasında isə aparılan təmir başa çatmaq üzrədir.
Asif Əsgərov çıxışında daha sonra qeyd edib ki, yay tətili zamanı rayonun bütün orta məktəblərdə cari təmir işləri aparılıb. Məktəblərində aparılan təmir və yenidənqurma işləri, burada müasir təhsil üçün hər cür şəraitin yaradılması, bütün lazımi avadanlıqlarla təchiz olunması tədris müəssisələrində təhsilin səviyyəsinin yüksəlməsinə birbaşa şərait yaradır. Bunun nəticəsi də təhsil ilinin yekunlarında özünü büruzə verir.
Qeyd olunub ki, ötən tədris ilinin yekununa görə rayonda 5 məzun qızıl medala layiq görülüb. Bundan əlavə, rayon üzrə orta məktəbi bitirmiş 1532 nəfərdən 957 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında abituriyentlərdən 200 nəfəri 500-dən yuxarı, 72 nəfəri 600-dən, 29 nəfəri isə 650-dən çox bal toplayıb. Rayonun məzunlarından 166 nəfər xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunublar. Bakı Türk Anadolu Liseyinin məzunu Məcidov Nurlan Namiq oğlu 700 bal toplayaraq, Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olunub. 2014-2015-ci tədris ilinin yekununa görə Nəsimi rayonu üzrə 4 məzun Prezident təqaüdünə layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 02 oktyabr 2015-ci il tarixli Sərəncamı ilə Nəsimi rayonundan 3 nəfər “Tərəqqi” medalı ilə təltif edilib, 1 nəfər isə “Əməkdar müəllim” adına layiq görülüb.
Tədbirdə çıxış edənlər təhsilə və təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını bildiriblər. Tədbirdə rayonun bir qrup qabaqcıl təhsil işçisinə rayon İcra Hakimiyyətinin qiymətli hədiyyələri təqdim olunub.
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

