/ / “Gənc jurnalistlərin ictimai-siyasi mövzular üzrə ixtisaslaşması” layihəsi çərçivəsində növbəti tədbir keçirilib
“Gənc jurnalistlərin ictimai-siyasi mövzular üzrə ixtisaslaşması” layihəsi çərçivəsində növbəti tədbir keçirilib
23.09.2015 [10:24]
Dünən Gənc Politoloqlar Mərkəzinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc jurnalistlərin ictimai-siyasi mövzular üzrə ixtisaslaşması” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Elşən Orucov layihə haqqında iştirakçılara ətraflı məlumat verib. O, layihənin əsas məqsədinin hüquqi-demokratik cəmiyyətin fəal iştirakçısı olan gənclərin siyasi, hüquqi təhsil və biliklərinin artırılmasına və təkmilləşdirilməsinə dəstək olmaqdan ibarət olduğunu bildirib. Layihə rəhbəri, həmçinin, layihənin əsas vəzifəsinin məhz gənclərin ideya-siyasi və mənəvi tərbiyəsində mühüm rol oynayan peşəkar jurnalistlərin yetişməsinə kömək etməkdən ibarət olduğunu da söyləyib: “Layihədən faydalananlar ali məktəbi bitirmiş və KİV sahəsində çalışan, ictimai-siyasi mövzularda reportajlar hazırlayan gənc jurnalistlər olacaqlar. Gənc jurnalistlər əsasən sosial şəbəkələrdə təbliğat aparmaqla, ali məktəblərə və müxtəlif KİV-lərə göndərilən məktublar və həmçinin, onlara verilən elanlar vasitəsi ilə cəlb olunacaqlar. Layihədən 100-dən artıq gənc jurnalist faydalana biləcək. Layihə çərçivəsində gənc jurnalistlərin ixtisaslarının artırılması üçün müxtəlif treninqlər, konfranslar, diskussiyalar, eləcə də viktorinaların keçirilməsi nəzərdə tutulub”.
Daha sonra Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev çıxış edərək ölkəmizin müstəqillik əldə etdikdən sonra qısa müddət ərzində iqtisadi, siyasi və mənəvi sahələrdə çox böyük uğurlar əldə etdiyini vurğulayıb. O, ölkəmizin qarşısında duran daxili və xarici məsələlərin həlli və vətəndaşların dövlət quruculuğu prosesində aktiv iştirakını təmin etmək üçün ideya-siyasi təbliğat işlərinin daha da artırılmasına böyük ehtiyac olduğunu söyləyib. Bu baxımdan, layihənin olduqca əhəmiyyətli olduğunu deyən Əhməd Vəliyev gənc jurnalistlərin bu layihə çərçivəsində daha da təkmilləşəcəyini, eyni zamanda, onlar üçün faydalı ola biləcəyini də bildirib.
Dünya Azərbaycanlıları Milli Birliyinin sədri Cavad Derəxti də layihənin əhəmiyyəti barədə məlumat verərək vətənpərvər, dövlətə və xalqa sədaqətli olan gənc jurnalistlərə bu gün daha çox ehtiyac olduğunu bilidirib. O, həmçinin ictimai-siyasi mövzular üzrə aktuallıq kəsb edən problemlər barədə mütəmadi olaraq gənc jurnalistlərin ixtisasının artırılmasına da ciddi ehtiyac olduğunu qeyd edib. Bu baxımdan, layihənin olduqca faydalı ola biləcəyini deyən Cavad Derəxti müxtəlif KİV-lərdə çalışan jurnalistləri bu layihəyə dəstək olmağa çağırıb.
Çıxışlarda həmçinin layihə çərçivəsində görüləcək işlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, 100-dən artıq KİV nümayəndələrinin qatılacağı layihə çərçivəsində gənc jurnalistlər üçün layihənin ilk ayı ərzində jurnalistika, siyasi elmlər, politologiya və hüquq sahəsində tanınmış alimlərin və ekspertlərin iştirakı və rəhbərliyi ilə müxtəlif mövzularda seminar-treninqlər keçiriləcək.
Qeyd edək ki, layihənin üç ay müddətində başa çatdırılması nəzərdə tutulub. Layihə çərçivəsində növbəti tədbirin isə İsmayıllıda keçirilməsi nəzərdə tutulub.
Daha sonra tədbir diskussiya formasında davam etdirilib.
Vüsalə CAVANŞİR
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

