Bilik günü Nəsimi rayonunun orta məktəblərində də qeyd olunub
16.09.2015 [10:05]
Hər bir məktəblinin və müəllimin səbirsizliklə gözlədiyi 15 sentyabr - Bilik günü Nəsimi rayonunun bütün orta təhsil müəssisələrində böyük təntənə və bayram əhval-ruhiyyəsi ilə qeyd olunub. Əlamətdar günlə bağlı rayonun bütün orta məktəblərində böyük hazırlıq işləri aparılıb, yeni dərs ilinin ilk günü rəngarəng və maraqlı tədbirlər hazırlanıb.
Rayonun 23 saylı tam orta, 1 saylı orta məktəblərində yeni dərs ilinin başlanmasına həsr olunmuş tədbirlər keçirilib. Həmçinin rayon ərazisində yerləşən Texniki Humanitar Liseydə də 15 sentyabr - Bilik günü qeyd olunub. Tədbirdə çıxış edən liseyin direktoru Səidə Zeynalova lisey barədə ümumi məlumat verərək bildirib ki, bu təhsil ocağının binası 1963-cü ildə tikilib. Lisey əvvəllər axşam məktəbi kimi, 2000-ci ildən isə Texniki Humanitar Lisey kimi fəaliyyət göstərib. Liseydə təhsil V-XI siniflər arasındadır. Lisey 2008 və 2014-cü illərdə “Ən yaxşı ümumtəhsil müəssisəsi” adını qazanıb. Burada 1077 şagirdin təhsili ilə 91 müəllim məşğul olur.
Dövlət Proqramına əsasən bu il əsaslı təmir olunan lisey binası sentyabrın 10-da Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.
Bilik gününə həsr olunan tədbirlərdə iştirak edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov məktəblərin kollektivini yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edib, onlara təhsildə uğurlar arzulayıb.
Qeyd olunub ki, son illərdə qazanılan bütün uğurlar Prezident İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatların, ölkənin birinci xanımı Mehriban Əliyevanın təhsil obyektlərinin yenilənməsi sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi qayğısının nəticəsi kimi dəyərləndirilməlidir. Bunun bariz nümunəsidir ki, ölkə başçısının imzaladığı Sərəncam və Dövlət proqramlarına əsasən Nəsimi rayonundakı orta və məktəbəqədər təhsil müəssisələrinin böyük əksəriyyəti əsaslı təmir olunub, 1 yeni uşaq bağçası, 2 məktəb üçün yeni əlavə korpus tikilib, 1 uşaq musiqi məktəbi, 1 uşaq texniki yaradıcılıq mərkəzi, 3 uşaq bağçası əsaslı təmir olunub. Bu il sentyabrın 10-da Prezident İlham Əliyev Nəsimi rayonundakı Texniki Humanitar Liseydə aparılan təmir-yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub.
Asif Əsgərov rayon məktəblilərinin keçən tədris ilində qazandıqları uğurlardan da danışıb.
Daha sonra Asif Əsgərov Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın da ölkəmizdə təhsilin inkişafındakı əvəzsiz xidmətlərindən söz açıb, Fondun dəstəyi ilə görülən işlər barədə məlumat verib.
Məktəbin şagirdlərinin hazırladığı bədii kompozisiya, müasir bal və milli rəqslər tədbir iştirakçılarının alqışları ilə müşayiət olunub.
Ənənəvi Bilik günü tədbirləri rayonun digər məktəblərində də keçirilib, bu tədbirlərdə RİH-in məsul nümayəndələri, ağsaqqallar, veteranlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52

