/ / Bakıda “Riyazi analiz, diferensial tənliklər və onların tətbiqləri” mövzusunda beynəlxalq konfrans keçirilir
Bakıda “Riyazi analiz, diferensial tənliklər və onların tətbiqləri” mövzusunda beynəlxalq konfrans keçirilir
10.09.2015 [10:10]
Bakıda Azərbaycan, Türkiyə və Ukraynanın birgə layihəsi olan “Riyazi analiz, diferensial tənliklər və onların tətbiqləri” (Madea-7) mövzusunda VII beynəlxalq konfrans keçirilir.
Beynəlxalq tədbir Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutu, Azərbaycan Milli Aviasiya Akademiyası, Türkiyənin Mərsin Universiteti, Ukrayna Milli Elmlər Akademiyasının (MEA) Riyaziyyat İnstitutu, Ukraynanın Taras Şevçenko adına Kiyev Milli Universiteti və Ukrayna MEA-nın Y.Mitropolski adına Beynəlxalq Riyaziyyat Mərkəzi tərəfindən birgə təşkil olunub.
AZƏRTAC xəbər verir ki, konfransda 24 ölkədən, o cümlədən Azərbaycan, Türkiyə, Ukrayna, ABŞ, Rusiya, Fransa, Almaniya, İsrail, Böyük Britaniya, İran və digər ölkələrdən tanınmış alimlər iştirak edirlər.
Beynəlxalq tədbiri Madea-7 konfransının həmsədri, Türkiyənin Mərsin Universitetinin professoru Fəxrəddin Abdullayev açaraq tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Bildirilib ki, 150-dək alimin qatıldığı konfransda mövzuya dair məruzələr dinləniləcək, diferensial tənliklər, funksional analiz, riyaziyyatın tətbiq sahələri və digər mövzularda müzakirələr aparılacaq.
AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev Prezident İlham Əliyevin elmə daim böyük önəm verdiyini diqqətə çatdırıb.
Müasir dünyada elmin mühüm rolundan danışan akademik İ.Quliyev Azərbaycanda bu sahənin inkişafı ilə bağlı reallaşdırılan tədbirlərdən söz açıb.
Milli Aviasiya Akademiyasının (MAA) tədris işləri üzrə prorektoru, professor Ədalət Səmədov MAA-nın rektoru, akademik Arif Paşayevin adından konfrans iştirakçılarını salamlayıb, bu ali təhsil müəssisəsinin fəaliyyətindən danışıb. Qeyd edilib ki, rektor, akademik Arif Paşayevin rəhbərliyi ilə Milli Aviasiya Akademiyası beynəlxalq aləmdə özünəməxsus yer tutub.
Azərbaycanın bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini bildirən professor Ə.Səmədov Madea-7 konfransında aparılan müzakirələrin səmərəli olacağına inamını ifadə edib.
Ukrayna MEA-nın Riyaziyyat İnstitutunun direktoru, akademik Anatoli Samoylenko riyaziyyat elminin inkişafı ilə bağlı fikirlərini söyləyib.
Türkiyənin İstanbul Ticarət Universitetinin professoru Əkrəm Savaş ölkəsinin elmi əlaqələrindən danışıb və bu sahədə əməkdaşlığın genişləndirilməsinin zəruriliyini xatırladıb.
AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov Prezident İlham Əliyevin elm sahəsinə göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs edib.
Ölkəmizdə elmin, o cümlədən riyaziyyat elminin inkişaf etdiyini vurğulayan professor M.Mərdanov konfrans iştirakçılarına uğurlar arzulayıb.
Tədbirdə ABŞ, İran və digər ölkələrdən olan alimlər də çıxış edərək konfransın riyaziyyat elminə töhfələr verəcəyinə əminliklərini bildirib, təşkilatçılara təşəkkürlərini çatdırıblar.
Sonra müxtəlif mövzularda elmi məruzələr dinlənilib.
Konfrans sentyabrın 13-də yekunlaşacaq.
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

