Füzuli rayonunun Bala Bəhmənli kəndində uşaq bağçası istifadəyə verilib
08.09.2015 [10:04]
Füzuli rayonunun Bala Bəhmənli kəndində Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilən körpələr evi-uşaq bağçası istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə valideynlərin, bağça kollektivinin ünvanına təbriklər səslənib. Çıxış edənlər uşaqlara xoşbəxt gələcək, ölkəmiz üçün layiqli övlad olmalarını arzulayıblar.
Bildirilib ki, uşaqların keyfiyyətli təhsil və dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli qayğı ilə əhatə olunması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir. Heydər Əliyev Fondu da bu istiqamətdə mühüm layihələr həyata keçirir. Ölkəmizin hər yerində körpələr evləri, uşaq bağçaları, internat və orta məktəb binaları tikilir və ya əsaslı şəkildə yenidən qurulur. Füzuli rayonunda yeni inşa olunan uşaq bağçası bu diqqət və qayğının növbəti əyani təzahürüdür.
Qeyd edilib ki, son dörd ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Füzuli rayonunda 4 layihə həyata keçirilib. 2012-ci ildə Horadiz şəhərində 240 şagird yerlik məktəb binası, 2014-cü ildə tarix-diyarşünaslıq muzeyi və 100 çarpayılıq körpələr evi, uşaq bağçası tikilərək istifadəyə verilib.
Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri göstərilən qayğıya görə ölkə rəhbərliyinə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və bağçanın tikintisində əməyi olanlara minnətdarlıqlarını bildiriblər.
Sonra mərasim iştirakçıları uşaq bağçasında yaradılmış şəraitlə tanış olublar. İki mərtəbəli 60 çarpayılıq binada uşaqların təlim-tərbiyəsi, ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması üçün hər cür şərait yaradılıb. Burada müasir təlim-tərbiyə qaydalarına uyğun qruplar formalaşdırılıb. Otaqlar bütün zəruri ləvazimat və təlim avadanlıqları ilə təchiz olunub. Bağçanın ərazisi abadlaşdırılıb, yaşıllıq zolaqları salınıb.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

