Modern.az xəbər portalı növbəti ad gününü qeyd edir
01.09.2015 [10:24]
Sentyabrın 1-də Modern.az xəbər portalı növbəti ad gününü qeyd edir. 2009-cu il sentyabrın 1-dən onlayn xəbər saytı kimi fəaliyyətə başlayan Modern.az ötən 6 il müddətində özünəməxsus imic formalaşdırmağı bacarıb.
Modern.az-ın baş redaktoru Əfqan Qafarlı bildirib ki, saytın fərqli təqdimatları, layihələri, müxtəlif janrlı materialları, Azərbaycanda baş verən hadisələrə qərəzsiz, obyektiv yanaşma tərzi, bitərəf mövqeyi oxucu auditoriyası tərəfindən daim müsbət qarşılanıb.
“Bu illər ərzində çalışmışıq ki, təqdim etdiyimiz materiallarla oxucularımızı razı salaq, onların hörmətini qazanaq. Heç vaxt sensasiya və reytinq dalınca qaçmadıq. Bu 6 il ərzində oxuculara yanlış məlumat vermədik, sifarişli yazılar, milli maraqlara zidd olan materiallar dərc etmədik. Oxucu zövqünü korlayacaq ucuz əyləncə, bayağı şou yazılarından uzaq qaldıq. Bəzən bununla bağlı İP məsələsində hansısa problemimiz olsa da, tutduğumuz yol ümumilikdə oxucularımız tərəfindən yüksək dəyərləndirildi. Bu gün onun nəticəsidir ki, Modern.az yalnız tanınan sayt kimi deyil, həm də inanılan və etibarlı KİV olaraq qəbul edilir.
Təbii ki, hər zaman oxucunun zövqünü oxşamaq da çətindir. O, səndən hər gün yeni xəbərlər, özəl materiallar, səs-küy doğuran yazılar, fərqli təqdimatlar tələb edir. Təəssüf ki, bir çox hallarda imkanlarla istəklər üst-üstə düşmür. Bu səbəbdən də nəzərdə tutduğumuz projelərin bəzilərini gerçəkləşdirə bilmirik”, - deyə baş redaktor əlavə edib.
Onun sözlərinə görə, Modern.az saytı həm də jurnalistikaya ilk dəfə başlayanlar üçün bir məktəb olub: “Biz də çalışacağıq ki, bu məktəbdən keçən gənc jurnalistlər dövlətçilik ənənələrinin qorunmasına töhfə versinlər.
Onu da qeyd edim ki, Modern.az-dan ayrılan bir çox jurnalistlər hazırda müxtəlif KİV-lərdə, o cümlədən, televiziyalarda çalışırlar. Sevindirici haldır ki, Modern.az məktəbini keçən jurnalistlər milli maraqlardan çıxış edir, professionallıq nümayiş etdirirlər”.
Ə.Qafarlı deyib ki, Modern.az saytı yaxın vaxtlarda oxucularına sürpriz edəcək: “Bu, saytın tərtibatı ilə bağlı olacaq. Modern.az 6 ildir demək olar ki, dizaynda dəyişiklik etmədən fəaliyyət göstərib. Və bəzi oxucularımız son vaxtlar bunu bizə tez-tez irad tutublar. Haqlı iraddır. Nəhayət, yaxın vaxtlarda saytımız tam fərqli dizaynda, yeni görünüşdə olacaq. Artıq saytın yeni dizaynı üzərində işlər tamamlanmaq üzrədir. Ümid edirəm ki, yeni loqo ilə fərqli tərtibat oxucuların zövqüncə olacaq”.
Xəbər lenti
Hamısına baxGündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41

